Feodora Kantakuzenos (Orxanın həyat yoldaşı)

Feodora Kantakuzenos (yun. Θεοδώρα Καντακουζηνή; təq. 1332, Bizans imperiyasıən tezi 1381, Konstantinopol) və ya Feodora Xatun[1]Bizans şahzadəsi, imperator VI İohann ilə alman mənşəli kraliça İrini Asaninin üç qızından biridir. O, Osmanlı sultanı olan Orxan Qazinin dördüncü və sonuncu həyat yoldaşı olmuşdur.[2]

Feodora Kantakuzenos
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1332
Doğum yeri
Vəfat tarixi ən tezi 1381
Vəfat yeri
Həyat yoldaşı
Uşağı

İmperator VIİohann ilə onun german mənşəli həyat yoldaşı olan kraliça İrini Asaninadan olan üç qızından biridir.[3] Tarixçi Nikifor Qriqora bir fəsildə onu səhvən “Mariya” adlandırmışdır.[2]

1346-cı ilin yanvar ayında o, atasının yüksələn Osmanlı bəyliyi ilə ittifaqını möhkəmləndirmək və davam edən Bizans vətəndaş müharibəsində Osmanlıların Savoyyalı imperator-regenti olan Annaya yardım göndərməsinin qarşısını almaq üçün Osmanlı hökmdarı olan Orxan Qazi ilə nişanlanmışdır.[4] Evlilikləri də elə həmin ilin yayında baş tutmuşdur. Valideynləri və bacıları onu Orxanın sarayının nüfuzlu adamları ilə bir atlı qaravul alayının da iştirak etdiyi Osmanlı nümayəndə heyətinin 30 gəmidən ibarət donanma ilə gəldikləri Selimbriyaya qədər onu müşayiət etmişdirlər. Tədbir Selimbriyada baş tutmuş və Orxanın nümayəndələri onu toyun keçiriləcəyi Mərmərə dənizinin o tayındakı Vifiniya torpaqlarında olan Osmanlı ərazisinə qədər onu müşayiət etmişdirlər.[4]

Toydan sonra isə Orxan Qazi öz çadırına qayıtmışdır. Bizans imperatoru isə qızı Feodoranı Orxan bəyin digər oğulları və qohumları ilə bərabər özü ilə götürüb imperatriçanı, onun digər qızlarını və şahzadələrini ziyarət etmək üçün Bizansa aparmışdır. Orxanın oğlanları və qohumları İstanbulda üç gün qaldıqdan sonra imperatorun onlara hədiyyə etdiyi qiymətli əşyalarla bərabərVifiniya adlandırılan Bursa və ətrafına geri qayıtmışdırlar.[5]

Feodora ailə həyatı qurduqdan sonra xristian olaraq qalmağa davam etmiş və Osmanlı hakimiyyəti altında yaşayan xristianları fəal şəkildə dəstəkləmişdir.[2][4] 1347-ci ildə isə, o, hələ kiçik bir uşaq olarkən, fidyə üçün Genuya dəniz quldurları tərəfindən qaçırılan oğlu Şahzadə Xəlili dünyaya gətirmişdir. Bizans imperatoru olan V İohannın xilas edilməsində onun mühüm təsiri olmuşdur. Daha sonra isə Xəlil V İohann Paleoloqos və Feodoranın bacısı olan Yelena Kantakuzenosun qızı ilə evlənmişdir. Atasının vətəndaş müharibəsindəki qələbəsindən sonra[4] 1347-ci ilin fevral ayında Konstantinopolda keçirdiyi üç günlük tədbirlərdə iştirakı istisna olmaqla, Orxanın vəfat etdiyi 1362-ci ilə qədər Osmanlı sarayında qalmışdır. Orxanın ölümündən sonra o, Konstantinopola geri qayıtmış və burada bacısı imperatoriçə Yelena Kantakuzenos ilə bərabər sarayda yaşamışdır.[2][4] Onun haqqında olan axırıncı məlumat IV Andronikin 1379-1381-ci illər arasındakı qısamüddətli hakimiyyəti dövründə Qalatada həbsdə olmasıdır.

  1. Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı, s. 44
  2. 1 2 3 4 PLP
  3. Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. 2008. 44–45. ISBN 978-9-753-29623-6. 20 dekabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2016..
  4. 1 2 3 4 5 Nicol, 1996
  5. Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. 2008. 45–46. ISBN 978-9-753-29623-6. 20 Aralık 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 Aralık 2016..