Fevzi Yaqubov

Fevzi Yaqubov (krımtat. Fevzi Yaqub oğlu Yaqubov, Февзи Якъуб огълу Якъубов; 10 noyabr 193723 avqust 2019, Krım) — Texniki elmlər doktoru, professor, Krım Mühəndis-Pedaqoji Universitetinin rektoru (1993–2016). Ukrayna qəhrəmanı (2004), Krım Respublikasının fəxri vətəndaşı (2018)[1].

Fevzi Yaqubov
Doğum tarixi 10 noyabr 1937(1937-11-10)
Vəfat tarixi 23 avqust 2019(2019-08-23) (81 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
  • Daşkənd Dövlət Texniki Universiteti[d]
Fəaliyyəti siyasətçi
Elmi dərəcəsi
yakubov.openua.net/bio.p…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

10 noyabr 1937-ci ildə Krım Muxtar Sovet Sosialist Respublikasının Çernomorsk rayonunda anadan olmuşdur. Miliyyətcə Krım tatarıdır.

Təhsil[redaktə | mənbəni redaktə et]

Daşkənd Politexnik İnstitutunun mühəndis-mexanik, "Maşınqayırma texnologiyası" fakültəsini bitirmişdir (1956–1961), .

1966-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Doktorluq dissertasiyası "Kontakt proseslərinin termodinamikasının təhlili əsasında metal kəsici alətlərin davamlılığının artırılması yolları" olur. Texniki elmlər doktoru (1984), professor (1985). Krım Elmlər Akademiyasının üzvüdür (1994).

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Daşkənd Politexnik İnstitutu: 1961–1963 — müəllim,

1963–1966 — aspirant,

1966–1969 — baş müəllim,

1969–1975 — dosent, Universitetin partiya komitəsinin katibi,

1985 — professor,

1975–1993 — Maşınqayırma Texnologiyası kafedrasının müdiri.

1993-cü ildən Krım Dövlət Mühəndislik və Pedaqoji Universitetinin rektoru işləyir[2]. 2016-cı ilin yanvarında Krım tatar gənclərini Ukrayna tərəfdarı təşkilatlarda iştirak etməməyə çağırmışdır.

1999-cu ildə Ukraynadakı prezident seçkiləri zamanı Leonid Kuçmanın etibarlı adamı olmuşdur[3]. 2004-cü ildəki prezident seçkilərində Viktor Yanukoviçin etibarlı adamı olur[4].

2016-cı ilin noyabrında vəzifəsindən ayrılır[5]. Bundan sonra Fevzi Yaqubov universitetin prezidenti və Krım Mühəndis-Pedaqoji Universitetin rektoru olur[6].

2018-ci ildə Rusiya Federasiyası Prezidentliyinə namizəd Vladimir Putinin təmsilçisi olur[7][8].

23 avqust 2019-cu il tarixində tarixində uzun bir xəstəlikdən sonra 82 yaşında dünyasını dəyişir[9].

Ailəsi[redaktə | mənbəni redaktə et]

Atası — Yaqub Kurtbebiye (1897–1953).

Anası — Mələk Yaqubova (1908–1971).

Həyat yoldaşı — Zeniye (1938).

Uşaqları — qızı Elvina (1964) və oğlu Çingiz (1972).

Mükafatları[redaktə | mənbəni redaktə et]

Ukrayna qəhrəmanı (4 oktyabr 2004).

T. Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı (2005).

Özbəkistan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri diplomu (1956, 1970, 1979).

Ukrayna Ali Radasının fəxri diplomu (2003).

Özbəkistan SSR əməkdar elm xadimi (1989).

Ukraynanın əməkdar təhsil işçisi (1997).

Qaspriralı Medalı (2017)[10].

Krım Respublikasının fəxri vətəndaşı (2018).

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Февзи Якубов стал почётным гражданином Республики Крым". РИА Новости Крым (rus). 2018-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-23.
  2. "​Героя Украины уличили в измене родине". 2018-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-24.
  3. "Територіальний виборчий округ № 1 (Автономна Республіка Крим) — Довірені особи". 2018-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-24.
  4. "Довірені особи кандидата на пост Президента України Автономна Республіка Крим". 2018-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-06.
  5. "Ректор КИПУ Февзи Якубов оставляет свой пост". 2017-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-24.
  6. "Февзи Якубов прокомментировал назначение своего сына на должность ректора КИПУ". 2016-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-24.
  7. "Доверенные лица кандидата в Президенты РФ. В. Путина, утвержденные ЦИК РФ в соответствии с постановлениями № 126/1057-7 от 12 января 2018, 131/1085-7 от 22 января 2018, 134/1108-7 от 30 января 2018 года". putin2018.ru (rus). 2018-07-08 tarixində arxivləşdirilib.
  8. "Февзи Якубов стал доверенным лицом кандидата в Президенты РФ Владимира Путина – Телеканал Миллет" (rus). 2018-07-08 tarixində arxivləşdirilib.
  9. "В Крыму умер Герой Украины Февзи Якубов". Крым.Реалии. 23 Август 2019. 2019-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-24.
  10. "Постановление Президиума Государственного Совета Республики Крым № № п530-1/17 от 08.11.2017 г." (PDF). 2017-11-08. 2021-04-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-28.

Mənbə[redaktə | mənbəni redaktə et]