Fidel Kastro Diaz-Balart (isp. Fidel Ángel Castro Díaz-Balart; 1 sentyabr 1949[1][2], Havana – 1 fevral 2018[1][2], Havana) - Kubalı Nüvə fizikası mütəxəssisi və dövlət xadimi. Kuba İnqilabının rəhbərlərindən olmuş Fidel Kastronun böyük oğlu. Atasına olan bənzərliyi səbəbindən tez-tez yerli mətbuat tərəfindən Fidelito (azərb. kiçik Fidel) təxəllüsü ilə tanınmışdır.[3]
Fidel Kastro Diaz-Balart | |
---|---|
isp. Fidel Ángel Castro Díaz-Balart | |
Doğum adı | Fidel Ángel Castro Díaz-Balart |
Doğum tarixi | |
Doğum yeri | Havana, Kuba |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Havana, Kuba |
Vətəndaşlığı | Kuba |
Milliyyəti | Kubalı |
Atası | Fidel Kastro |
Anası | Mirta Diaz-Balart |
Elm sahələri | Nüvə fizikası |
Təhsili | Moskva Dövlət Universiteti |
Tanınır | Juraqua AES-nin tikinti prosesinə rəhbərlik |
Vikianbarda əlaqəli mediafayllar |
Fidel Kastro Diaz-Balart SSRİ dönəmində Moskva şəhərində yerləşən M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almış və SSRİ-nin yardımları ilə Kubada inşa edilən, ancaq tikintisi sonradan yarımçıq dayandırılmış Juraqua AES-nin tikinti prosesinə rəhbərlik etmişdir. Fidel Balart 2018-ci ildə paytaxt Havana şəhərində, 68 yaşında olarkən intihar etmişdir.[4][5][6][7]