Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Fikrət İlyas oğlu Abdullayev — Alim, biologiya elmləri doktoru, professor, Meksikanın "Eksperimental onkologiya laboratoriyasının" rəhbəri, Meksika Elmlər Akademiyasının akademiki (2000).
Fikrət Abdullayev | |
---|---|
Fikrət İlyas oğlu Abdullayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Meksika |
Dəfn yeri | Bakı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elm sahəsi | Kimya-biologiya |
Elmi dərəcələri | Ali, Elmlər doktoru |
Elmi adı | Professor |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
1943-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Əslən Qazax rayonundandır. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini bitirdikdən sonra Elmlər Akademiyasında əmək fəaliyyətinə başlamışıdr.
1970-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1973-cü ildə Moskva şəhərinə ezam olunub və 5 il Rusiya Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunda çalışmışdır. Vətənə qayıtdıqdan sonra Elmlər akademiyasının Fizika, daha sonra isə Botanika institutunda genomin biokimyası laboratoriyasına rəhbərlik etmişdir. 1978-ci ildə İsveçrənin Stokholm Universitetinə göndərilmişdir. 1982-ci ildən 1983-cü ilədək Almaniyanın Münhen Universitetinin Biokimya İnstitutunda elmi fəaliyyətini davam etdirmişdir. 1989-cu ildə Ukrayna Elmlər Akademiyasının Biokimya İnstitutunda dissertasiya müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır.
1990-cı ildə Amerika Birləşmiş Ştatlarına ezam olunub. 1994-cü ilə qədər Nyu-Cersi ştatının Retger Universitetində çalışıb. Burada prof. Cerand Frenkelin laboratoriyasında birgə tədqiqatlar apanb. Onun ABŞ alimləri ilə birgə nüfuzlu beynəlxalq elmi jurnallarda 5 məqaləsi dərc olunub. 1994-cü ildə ABŞ-dən Bakıya qayıdaraq öz tədqiqatlarını genotip biokimyası laboratoriyasında davam etdirmişdir.
1995-ci ildə Meksika nın Elm və texnika Nazirliyinin dəvəti ilə işləmək üçün bu ölkəyə göndərilmişdir. Ömrünün axırına qədər orada işləmişdir. Meksikanın Keretar Universitetində yerli alimlərlə birgə tədqiqatlar aparmışdır.
Fikrət Abdullayev 1997-ci ildə "Eksperimental onkologiya laboratoriyasına" rəhbər təyin olunmuşdur. Xərçəng əleyhinə təbii və sintetik pereparatların axtarışı və öyrənilmesi istiqamətində elmi tədqiqatlar aparmış, bunların nəticələri ABŞ, Meksika, Çin və Hindistanda müxtəlif kitablarda nəşr olunmuşdur.
2000-ci ildə Meksika Elmlər Akademiyasının akademiki seçilmişdir. 100-dən çox elmi əsərin, bir neçə monoqrafiya və ixtiranın müəllifidir. Bir çox beynəlxalq akademiya, cəmiyyət və assosiasiyaların üzvü olmuşdur.
2006-cı ildə Meksikada vəfat etmiş, Bakıda dəfn olunmuşdur.