"Fil adam" (ing. The Elephant Man) — ABŞ kinorejissoru Devid Linçin 1980-ci ildə çəkdiyi film. Filmin əsasında XIX əsrin tanınmış britaniyalısı Cozef Merrikin bioqrafiyası durur. Filmin süjeti Frederik Trivzin "Fil adam" və müəyyən qədər Eşli Monteqyunun "Fil adam: İnsan ləyaqəti haqqında etüd" (The Elephant Man: A Study in Human Dignity) kitablarından götürülüb.
Fil adam | |
---|---|
The Elephant Man | |
Janr | dram |
Əsas mövzu | Qəddarlıq[d][1], Sosial təcrid[1], Əlillik[1] |
Rejissor | Devid Linç |
Prodüserlər |
Conatan Senger Mel Bruks Styuart Kornfeld |
Əsərin müəllifləri |
Frederik Trivz Eşli Monteqyu |
Ssenari müəllifləri |
Devid Linç Erik Berqren Kristofer De Vor |
Baş rollarda |
Entoni Hopkins Con Hört Enn Benkroft |
Operator | Freddi Frensis |
Bəstəkar | Con Morris |
Geyim rəssamı | Patrisiya Norris[d] |
İstehsalçı | Brooksfilms Limited |
Distribütor | Universal Pictures, Paramount Pictures, Netflix |
İlk baxış tarixi | 3 oktyabr 1980[2][3], 13 fevral 1981[4], 1980, 10 oktyabr 1980[3], 16 oktyabr 1980[3] |
Müddət | 124 dəq. |
Büdcə | 5 000 000 $ |
Gəlir | 26.010.864 $[5] |
Ölkələr |
ABŞ |
Dil | ingilis dili |
İl | 1980 |
Rəng | ağ-qara[d] |
Çəkiliş yeri | London |
IMDb | ID0080678 |
Çox böyük qüsurlarla dünyaya gələn "fil adam"ın xarici görünüşü ona baxanlarda dəhşət yaradır. Onun belə qeyri-adi görünüşündən istifadə edən birisi Merriki küçə sərgilərində insanlara nümayiş etdirərək pul qazanır. Lakin sonradan Con Merrik London hospitalının həkimi Frederix Trivz tərəfindən hospitala aparılır. Burada həkimlə Merrik arasında belə bir dialoq olur:
Merrikin anadangəlmə qüsurlarının sağalması mümkün olmasa da o, xəstəxanada yeni bir həyata başlayır, qayğıkeş insanların əhatəsində özünü getdikcə daha yaxşı hiss edir. Onu xəstəxanaya gətirən həkimin əvvəlcə istəyi sadəcə Merriki digər həmkarlarına göstərmək və üzərində tibbi araşdırma aparmaq olur. Lakin sonradan o, bu varlığın daxili dünyasının tamamilə fərqli olduğunu anlayır və onu istedadlı, xeyirxah bir insan kimi sanki yenidən kəşf edir. Hətta xəstəxanaya gələn məşhur bir aktrisa Con Merrikin söylədiyi sətirləri dinlədikdən sonra ona belə deyir:
Filmdə Frederix Trivzi Entoni Hopkins, Con Merriki isə Con Hört canlandırıb. Rejissor Devid Linçin bu ekran əsəri Avropada "BAFTA" (Böyük Britaniya) və "Sezar" (Fransa) mükafatlarına layiq görülüb. ABŞ-də isə 8 nominasiyada "Oskar"a namizəd olsa da, kinoakademiklərdən bir heykəlcik belə qazana bilməyib.