Fila (ing. Philae lander) — kometə endirilmək üçün nəzərdə tutulan aparat. Aparat Avropa Kosmik Agentliyi tərəfindən işlənib hazırlanmışdır.
Fila | |
---|---|
İstehsalçı | Avropa Kosmik Agentliyi |
Peyk | Rozetta |
Raket daşıyıcısı | "Ariane-5G+" / "Kentavr" |
Buraxıldığı sahə | Fransa, Fransa Qvianası |
Çıxarıldığı tarix | 2 mart 2004 07:17:00 UTC |
Uçuşun nömrəsi | 2004-006C[1] |
Kütləsi | 100 kq[2] |
Sayt | rosetta.esa.int |
Vikianbarda əlaqəli mediafayllar |
Fila "Rozetta" kosmik aparatında yerləşdirilmiş və 67P/Churyumov–Gerasimenko kometinin tədqiq edilməsi məqsədilə 2 mart 2004-cü ildə kosmosa buraxılmışdır.
"Fila"nın və "Rozetta"dan ayrılması 12 noyabr 2014-cü il, saat 09:35-də UTC baş verdi. Bundan sonra 7 saatlıq kometin səthinə enmə başladı. Enmə planlaşdırılmamış rejimdə oldu. 15:34-dən UTC 17:32-ə qədər UTC üç toxunma və onların arasında iki sırayış ilə baş verdi. Yerə bu haqda siqnal yarım saata çatdı[3]. Bu tarixdə ilk kometə enmə hadisəsidir[4].
Enmə aparatının adı Nil çayı üzərində yerləşən Fila adasında tapılmış və Qədim Misir yazılarının oxunmasında rolu olan obeliskə görə belə seçilib. Üzərində həm yunan, həm də Qədim Misir heroqlifləri ilə yazılar olan həmin obeliskdə Ptolemeylər sülaləsindən olan Misir hökmdarları VIII Ptolemey, II Kleopatra və III Kleopatranın adları xatırlanır.
Avadanlığın və aparatın yaradılmasında aşağıdakı ölkələr iştirak ediblər:
Enmə aparatının çəkisi 100 kq-dır. Aparatın faydalı yükü 26,7 kq və 10 elmi cihazdan ibarətdir:[5][6]