Filipp Lüdviq (Pfals-Noyburq hersoqu)

Filipp Lüdviq (alm. Philipp Ludwig‎; 2 oktyabr 1547[1], Çvaybrükgen22 avqust 1614[1], Noyburq an der Donau, Şvabiya dairəsi) — 1569–1614-cü illərdə Pfals-Noyburq hersoqu idi.[2]

Filipp Lüdviq
alm. Philipp Ludwig von Pfalz-Neuburg
ƏvvəlkiVolfqanq fon Vittelsbax
SonrakıVolfqanq Vilhelm
ƏvvəlkiOtto Henri
SonrakıAvqust
Şəxsi məlumatlar
Doğum tarixi 2 oktyabr 1547(1547-10-02)[1]
Doğum yeri
Vəfat tarixi 22 avqust 1614(1614-08-22)[1] (67 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti əsilzadə
Atası I Volfqanq
Anası Hesseli Anna
Ailəsi Vittelsbax sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filipp Lüdviq 1547-ci ildə Çvaybrükgendə Çvaybrükgen hersoqu VolfqanqHesseli Annanın ailəsində doğulub. Ailənin ən böyük oğlu idi. 1569-cu ildə atasının ölümündən sonra onun torpaqları Filip Lüdviq və dörd qardaşı arasında bölündü — Filip Lüdviq Noyburq hersoqluğunu aldı. O, 1574-cü ildə Yülix-Kleve-Berqin hakimi hersoq IV Vilhelmin qızı Anna (1552–1632) ilə evləndi və bu nikahdan Brandenburq Markqraflığına qarşı vərəsəlik mübahisəsində istifadə etdi. Tezliklə Vilhelmin yeganə oğlu İohann Vilhelm varissiz öldü. 1613-cü ildə Filipp Lüdviqin böyük oğlu katolikliyi qəbul etdi və İspaniya və Alman Katolik liqasının dəstəyini qazandı, Brandenburq isə Niderlandın dəstəyini aldı.[3] Lakin Filipp bu torpaqları tam olaraq ələ keçirə bilmədən 1614-cü ildə öldü.

27 sentyabr 1574-cü ildə Yülix-Kleve-Berqin hersoqu IV Vilhelmin qızı Anna (1552–1632) ilə evlənmişdi. Övladları:

  1. Anna Mariya (18 avqust 1575 – 11 fevral 1643), 9 sentyabr 1591-ci ildə Sakse-Veymar hersoqu I Fridrix Vilhelmlə evləndi.
  2. Dorotea Sabina (13 oktyabr 1576 – 12 dekabr 1598)
  3. Volfqanq Vilhelm (25 oktyabr 1578 – 20 mart 1653)
  4. Otto Henri (28 oktyabr 1580 – 2 mart 1581)
  5. Avqust (2 oktyabr 1582 – 14 avqust 1632) — Pfals-Sulzbax hersoqu
  6. Amalia Hedviq (24 dekabr 1584 – 15 avqust 1607)
  7. İohann Fridrix (23 avqust 1587 – 19 oktyabr 1644) — Pfals-Sulzbax-Hilpoltştayn hersoqu
  8. Sofi Barbara (3 aprel 1590 – 21 dekabr 1591)
  1. 1 2 3 4 Lundy D. R. Philip Ludwig Pfalzgraf von Neuburg // The Peerage (ing.).
  2. Neue Deutsche Biographie (NDB). Band 20, Duncker & Humblot, Berlin 2001, ISBN 3-428-00201-6
  3. Hayden, J. Michael (1973). "Continuity in the France of Henry IV and Louis XIII: French Foreign Policy, 1598–1615". Journal of Modern History. 45 (1):