Pfals-Noyburq


Pfals-Noyburq (alm. Herzogtum Pfalz-Neuburg‎) 1505-ci ildə Vittelsbax sülaləsinin bir qolu tərəfindən əsası qoyulmuş Müqəddəs Roma İmperiyasının ərazisi idi. Paytaxtı Noyburq an der Donau idi olan dövlətin sahəsi təxminən 2750 km², əhalisi təxminən 100000 nəfər idi.

Tarixi dövlət
Pfals-Noyburq
alm. Herzogtum Pfalz-Neuburg
Bayraq Gerb
Bayraq Gerb
 
 
1505 — 1808

Paytaxt Noyburq an der Donau
Dövlət dini katolisizm
Sülalə Vittelsbax sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pfals-Noyburq hersoqluğu 1505-ci ildə Landsxut varislik müharibələri nəticəsində yaranıb və 1799/1808-ci ilə qədər mövcud olub. Köln hökmündən (alm. Kölner Spruch‎) sonra Dunaydan şimalda yerləşən ərazilərdən Frayzinq yepiskopu Ruprextinin oğulları Otto HenriFilipp üçün hersoqluq yaradıldı. Onlar hələ yetkinlik yaşına çatmadığı ikən babaları Filipp 1508-ci ildə ölümünə qədər hersoqluğu onların yerinə idarə etdi, sonra isə onu oğlu II Fridrix əvəz etdi. 1541-ci ildə kürfürst Otto Henri lüteranlığı qəbul etdi. Onun Noyburq qəsrindəki saray ibadətgahı, islahatçı ilahiyyatçı Andreas Oziander tərəfindən 25 aprel 1543-cü ildə təqdis edilən ilk yeni tikilmiş protestant kilsəsi idi. 1557-ci ildə Otto Henri öz hersoqluğunu Çvaybrükgen hersoqu Volfqanqa verdi. Volfqanqın böyük oğlu Filipp Lüdviq 1569-cu ildə Pfals-Sulzbax nəslinin 1614-cü ildə ayrıldığı Pfals-Çvaybrükgen-Noyburq nəslinin banisi oldu.

Pfals-Noyburq 1608-ci ildə Protestant ittifaqına qoşuldu. 1800-cü ildə hersoqluq Fransa tərəfindən işğal edildi və 26 iyun 1800-cü ildə Habsburq, VürtemberqBavariya orduları orada döyüşlərindən birinə şahid oldu. Bir günün çox hissəsi döyüşdükdən sonra ittifaq orduları geri çəkildi. Noyburq fransızlar tərəfindən işğal edildi və general Ney qalada qərargah qurdu. 1808-ci ildə Pfals-Noyburq hersoqluğu ləğv edildi. 1837-ci ildə Bavariyanın bölünməsində Pfals-Noyburq Şvabiya ilə birləşsə də 1970-ci illərdə Yuxarı Bavariyanın bir hissəsi oldu.

  1. Otto Henri (1505–57) və Filipp (1505–41)
  2. Volfqanq
  3. Filipp Lüdviq
  4. Volfqanq Vilhelm
  5. Filipp Vilhelm
  6. İohann Vilhelm
  7. III Karl Filipp

Kürfürst Karl Filippin 1742-ci ildəki ölümü ilə onun bütün əraziləri, o cümlədən Pfals-Noyburq əyaləti Vittelsbax sülaləsinin Pfals-Sulzbax xəttinə keçdi. Sulzbax nəslindən olan Karl Teodor Filipp Lüdviqin oğlu Avqustun nəslindən gəlirdi. Karl Teodorun ölümündən sonra onun yerini yeni Bavariya kralı I Maksimilian tutdu.

  • Michael Cramer-Fürtig. Pfals-Noyburq hersoqluğunda suveren və mülklər. XVI əsrin birinci yarısında dövlət quruluşu və mülk təşkilatı. Münhen. 1995 [Landesherr und Landstände im Fürstentum Pfalz-Neuburg. Staatsbildung und Ständeorganisation in der ersten Hälfte des 16. Jahrhunderts]. ISBN 3-406-10686-2.