Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Firuzə Mövsüm qızı Vəliyeva - Azərbaycan alimi, Texnika elmləri doktoru, dosent.[1][2]
Firuzə Vəliyeva | |
---|---|
Firuzə Mövsüm qızı Vəliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Anası | Gövhər Zeynalova |
Elm sahəsi | Riyaziyyat |
Elmi dərəcəsi | Texnika elmləri doktoru |
Elmi adı | dosent |
İş yeri | AMEA Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Bakı Dövlət Universiteti |
Vəliyeva Firuzə Mövsüm qızı 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Mövsüm Vəliyev – hüquqşunas, anası Gövhər Zeynalova – kimyaçı alim, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, 300-dən artıq ixtiranın və bir sıra elmi əsərlərin müəllifi olmuşdur.
Belə bir ailədə böyüyüb başa çatan Firuzə Vəliyeva alim olması təbii idi. Beləki asudə vaxtlarında anasının ona sənayedə tətbiq etdiyi proseslər haqqında söhbətlərin və bu işlərdə riyazi hesablamaların tətbiqi barədə, arzuları Firuzə Vəliyevanı məktəbdə əla oxumağa və sonra isə Bakı Dövlət Universitetinin mexanika-riyazaiyyat fakültəsinə daxil olmağa həvəsləndirmişdir.
Universiteti «Fərqlənmə» diplomu ilə bitirən F.Vəliyeva 1983-ci ildə Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna təyinatla işə qəbul edilmişdir.
1984-ci ildə istehsalatdan ayrılmadan, NKPİ-nin nəzrində "Proses və aparatlar" ixtisası üzrə aspiranturaya daxil olmuş və 1992 ildə "Metanolda kiçik olefınlərin alınması prosesinin riyazi modelləşdirməsi və optimallaşdirilması" mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir. 1993-cü ildən attestasiyanın nəticələrinə görə elmi, böyük, aparıcı elmi işçi və 2002-ci ildən etibarən «İnformatika vəriyazi modelləşdirmə» laboratoriya müdiri vəzifəsində çalışır. 11 dekabr 2015 Vəliyeva F.M. doktorluq dissertasisını müdafiə etmiş və 25 noyabr 2016 ildə AAK ona texnika üzrə elmləri doktoru elmi dərəcəsi verilmişdir. Vəliyeva F.M. institutda işlənib hazırlanan neftkimya proseslərinin riyazi modelləşdirilməsi və optimallaşdırılması, verilənlər bankının yaradılması və tətbiqi, ekoloji informasiya sistemlərinin yaradilmasi istiqamətində aparılan işlərə rəhbərlik edir. Bu istiqamətdə 105-dən сох elmi əsərlərin müəllifidir. Onun elmi əsərləri Fransada, Şotlandiyada, Çexiyada, Rusiyada , Cində, Amerikada, Türkiyədə və sair ölkələrin beynəlxalq konfranslarında əksini tapmışdır.
105-dən сох elmi əsərlərin müəllifidir. Onun elmi əsərləri Fransada, Şotlandiyada, Çexiyada, Rusiyada , Cində, Amerikada, Türkiyədə və sair ölkələrin beynəlxalq konfranslarında əksini tapmışdır.
Riyazi modelləşdirmə, optimallaşdırma