Firuz Sadıq oğlu Sadıqzadə (25 fevral 1931, Bakı – 24 may 1997, Bakı) — nasir, tənqidçi, ədəbiyyatşünas, şərqşünas, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Firuz Sadıqzadə | |
---|---|
Təxəllüsü | Dadrəs |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Universiteti - Filologiya |
İxtisası | Yazıçı-Ədəbiyyatçı |
Fəaliyyət illəri | 1950-1997 |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | hekayə, povest, monoqrafiya |
İlk əsəri | "İlk mahnı" (1950) |
Firuz Sadıq oğlu Sadıqzadə 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Naxçıvanda, xalq yazıçısı Mirzə İbrahimovla birgə yüksək vəzifədə çalışan Sadıq Vahabov olmuşdur. 7 yaşında ikən atasını itirdiyindən anasının himayəsi altında boya-başa çatmışdır. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana köçmüş, ibtidai təhsilini Sərab şəhərində, sonra Tehranda farsca almışdır. 1945-ci ildə İran Demokratik Gənclər İttifaqı sıralarına daxil olmuşdur. Azərbaycana qayıdarkən məşhur "Vahabovlar" soyundan olduğu üçün soyadının atasının adı ilə əvəzlənməsi tələb olunmuşdu. 1946-cı ilin dekabrında Bakıda orta məktəbi bitirdikdən sonra 1950–1955-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. İctimai işlərdə fəal çalışmışdır. 1957-ci ildən Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin məsul katibi olmuşdur.
Universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında aspirant olarkən 1958-ci ildə Qətran Təbrizinin həyat və yaradıcılığı mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Universitetdə dosent vəzifəsində çalışmışdır.
Firuz Sadıqzadə 1997-ci il iyunun 17-də Bakıda vəfat etmişdir.
Gənc yaşlarından şeir və hekayə yazsa da, onun "İlk mahnı" adlı kiçik həcmli hekayəsi 1950-ci ildə Cənubi Azərbaycan yazıçılarının almanaxında dərc olunmuş, bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Onun nəşr olunmuş hekayələr və povestlərinin əsas mövzusu Cənubi Azərbaycan xalqının həyat və mübarizəsindən alınmışdır.
Müasir Cənubi Azərbaycan ədəbiyyatının bir sıra məsələlərinə dair məqalə və rəyləri çap olunmuşdur. O, şərqşünas alim kimi Qətran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və başqa klassiklərin yardıcılığı ilə bağlı araşdırmalar aparmışdır. 1992-ci ilə "Heyrət ey büt" (qəzəllər) kitabı onun tərtibi və redaktorluğu ilə kütləvi tirajla buraxılmışdır.