Nərmin Salmanova

Nərmin Salmanova (5 avqust 1993, Bakı) — azərbaycanlı teleaparıcı, ictimai fiqur.

Nərmin Salmanova
Doğum tarixi (30 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan
Milliyyəti Azərbaycanlı
Təhsili

Bakı Dövlət Universiteti - Dünya İqtisadiyyatı

UNEC - Beynəlxalq İqtisadi Münasibətlər
Fəaliyyəti teleaparıcı

Həyatı[redaktə | mənbəni redaktə et]

Nərmin Salmanova 5 avqust 1993-cü ildə Bakıda ziyalı ailəsində dünyaya gəlib. Anası elmlər namizədi, dosent Sadıqova Nigar Firuz qızı məşhur şərqşünas, yazıçı və nasir Firuz Sadıqzadənin və dosent filoloq Cəvahir Sadıqovanın qızıdır.[1]

Təhsili[redaktə | mənbəni redaktə et]

Bakıda 132 saylı orta məktəbdə 10 il təhsil aldıqdan sonra 11-ci sinfi Bakı Slavyan Universitetinin Humanitar liseyində bitirib.[1]

Təhsilini bakalavriat pilləsində 2015-ci ildə Bakı Dövlət Universitetinin "Beynəlxalq Münasibətlər və İqtisadiyyat" fakültəsində, "Dünya iqtisadiyyatı" ixtisası üzrə, magistratura pilləsində təhsilini 2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Dünya İqtisadiyyatı" ixtisasının "Beynəlxalq İqtisadi Münasibətlər" ixtisaslaşması üzrə alıb.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

4 ilə yaxın bank sektorunda çalışıb. Daha sonra fəaliyyətini "CBC Sport" telekanalında aparıcı kimi davam etdirib.[1] İdman biliyi, yüksək intellekti və səlis nitqi olan Nərmin 2016-cı ildə "CBC Sport" telekanalının kastinqindən keçərək orada "CBC Sport Info" proqramının və "Goalereya" verilişinin aparıcısı olub.[2][3]

2019-cu ildə "İctimai Televiziya və Radio Yayımları Şirkəti"ndən təklif alır və burada fəaliyyətə başlayır. Həmin ilin fevral ayından "İTV Xəbər" və "Diqqət Mərkəzi" siyasi-ictimai proqramının aparıcısı olub.[1][2]

Hazırda "İTV Xəbər"in 21:00 buraxılışının aparıcısıdır.

2020-ci ildən Prezident Administrasiyasına akkreditə olunub.[4]

2022-ci ildə Turində keçirilən "Eurovision" mahnı müsabiqəsində Azərbaycandan olan jüri xallarını elan etmək üçün seçilib.[5][6][7][8][9][10][11]

Müxtəlif yerli və beynəlxalq tədbirlərin aparıcısı kimi də fəaliyyət göstərir.[12][13]

"Emedia Group" tərəfindən 2021-ci ildə "İlin Xəbər Aparıcısı" mükafatına layiq görülüb.

Maraqlı faktlar[redaktə | mənbəni redaktə et]

Azərbaycan, rusingilis dillərində mükəmməl danışır.

Məktəbdə və universitetdə fənn olimpiadalarında yüksək yerlər tutub, həmçinin hazırda da bir sıra intellektual yarışlarda iştirak edərək yüksək nailiyyətlər əldə edir. Təhsil Nazirliyi tərəfindən təqdim edilən "Əlaçı" televiziya yarışının qalibi olub.[14]

İdmana, xüsusilə də şahmatafutbola böyük marağı var.[3] "Real Madrid" və "Liverpool" futbol klublarının pərəstişkarıdır.

Voleybol ilə məşğul olub, uğurlarına baxmayaraq, hələ yeniyetmə yaşında dizindən aldığı zədələr səbəbindən bu istiqamətdə karyerasını davam etdirməyib.

Sosial şəbəkələr[redaktə | mənbəni redaktə et]

Nərmin Salmanova sosial şəbəkələrdə aktiv fəaliyyəti ilə diqqət çəkir. Bundan başqa, Azərbaycan dilinin təbliği və təşviqi ilə məşğul olan "Grammar Azi" səhifəsinin adminlərindən biridir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]