Fiziki antropologiya

İnsanı fərqli aspektlərdən öyrənən Antropologiya elminin bir sahəsi də fiziki antropologiyadır. Fiziki antropologiya adından da göründüyü kimi insanın fiziki quruluşunu və onun müxtəlifliklərini öyrənən bioloji elm sahəsidir. XX əsrin 60-cı illərində yaşamış sovet dövrünün ən böyük antropoloqlarından olan Roqinski və Levin yazırlar: “Təbiətşünaslığın bu sahəsi (o zaman təbiətşünaslğın bir sahəsi hesab olunurdu) insanı və onun irqlərinin mənşəyini eyni zamanda təkamülünün fiziki təşkilatını öyrənir.” Məhdud çərçivə daxilində uzun müddət qalan fiziki antropologiya son dövrlərdə sərhədsiz elmi tədqiqatlar həyata keçirir. Bunun əsas sabəbi Fiziki antropologiyanın Antropologiya daxilində ayrıca bir bölmə şəklində öyrənilməsi olmuşdu. Bundan başqa paleoantropoloji tədqiqatlar bu sahəni inkişaf etdirmişdi.

İnsan meydana gəldiyi andan etibarən bu günə qədər onun fiziki quruluşunda ciddi dəyişikliklər baş vermişdi. Nəticədə zamanla insanlar arasında bioloji fərqliliklər meydana çıxmışdır. Bu bioloji fərqliliklər antropologiyada “antropoloji əlamət” adlanır. Tərifini versək: “Antropoloji əlamət - İnsan orqanizminin hər hansı bioloji xüsusiyətinin konkret ifadəsidir. Bu əlamətlərə fasiləsiz dəyişən müxtəlif variasiyalar daxildir.

Antropologiyanın bu sahəsinin tədqiqat metodları aşağıdakılardır.:

1.Morfoloji metod

2.Genetik metod

3.Demoqrafik metod (demoqrafiya genetik populyasiya ilə əlaqəli öyrənilir);

4.psixoloji və neyropsixoloji metod (Nitq və təfəkkürün yaranması problemi; İrqi psixologiya )

5.Etnoloji metod (insan cəmiyyətinin yaranması və insanın yayılma arealı);

6.Riyazi metod ( demoqrafiya və biologiya ilə bağlı rəsmi statistikalar)

Antropologiyanın bu sahəsi insanın yaranma tarixini və bioloji inkişafının dəyişkənliyini öyrənir. Öz məzmununa görə fiziki antropologiya tarixə, metodoloji baxımdan isə birmənalı olaraq biologiyaya aiddir.

Fiziki antropologiya sahəsində tarixən həyata keçirilmiş tədqiqtalar nəticəsində 3 fərqli bölmə meydana gəlmişdir. Bunlar aşağıdakılardır:

1. Antropogenez -Yunanca “anthropos” nəfər, insan, “genesis” inkişaf, mənşə, kök anlamına gəlir. Bu bölmə bioloji aspektlərlə bağlı müxtəlif məsələri özündə birləşdirir: insanın mənşəyi, təkamülü, inkişafı, formalaşması və s. Antropogenezin əsas problemləri bunlardır: ən qədim insanların yaranma yeri və dövrü, insanın bilavasitə əcdadı, antropogenezin əsas mərhələləri yəni insanın təkamülü. Bu bölmənin metodolji əsasını Ç. Darvinin “Təkamül nəzəriyyəsi”, dialektik materialist fəlsəfə və onun konkret ifadəsi olan F.Engelsin “əmək nəzəriyyəsi” təşkil edir

2. İnsan morfologiyası - Morfologiya yunanca “morphe” (-morfe) sözündəndir və “formanın qeyd olunması” anlamına gəlir. Morfologiya başqa elm sahələrində olsa da, fiziki antropologiyada olduğu kimi forma və ya fiziki quruluşun qeyd olunması mütləq hesab edilmir. Bioloji metdologiyaya malik olduğu üçün bu sahə müəyyən mənada insanın normal və müqayisəli anatomiyası ilə sıx bağlıdır. Lakin onlar arasında fərqli cəhət ondan ibarətdir ki, anatomiya insanın ümumiləşmiş şəklini öyrənək “orta” insanın cəmi xüsusiyyətlərini verirsə, morfologiya əsas diqqətini bu “orta bədən”dən yayınmaları, onların səbəblərini müəyyənləşdirir.

Morfoloji əlamətlər dedikdə boy, çəki, bədənin mütənasibliyi, baş və bədənin göstəriciləri nəzərdə tutulur. Bu morfoloji əlamətlər irsi xarakter daşıdığı qədər həmdə ekoloji xarakter daşıyır. Məsələn boy və çəki qidalanma və ətraf mühitin təsiri ilə dəyişə bildiyi halda, baş və bədəndəki göstəricilər dəyişmir. Xüsusilə baş sümüklərində heç bir dəyişiklik olmur.

3. İrqşünaslıq və etnik antropologiya - fiziki antropologiyanın bu sahəsi “antropometrik” (“anthropos”- insan, “metros” ölçürəm deməkdir) tədqiqatlara əsaslanır. Ölçüləcək obyetktdən asılı olaraq, antropometriyanın da somatometriya (diri insanın ölçülməsi), osteometriya (skeletin sümüklərinin ölçülməsi) kraniometriya (kəllə qutusunun ölçülməsi) kimi sahələri vardır. Antropometriyanın tərkibinə həm də antroposkopiya adlanan bir sahə də daxildir ki, burada sifət cizgiləri, başın forması, sifətin forması, gözlərin və dərinin forması kimi təsviri xüsusiyyətlər öyrənilir. İrqşünaslıqda irqlərin yaranması, onların yayılma arealları, insanlar arasında bioloji fərqlilik, onların antropometrik göstəriciləri və s bu kimi məsələlər əsas götürülür. Yuxarıda qeyd etdim ki, irqşünaslıq həmdə etnik antropologiya adlanır. Çünki etnosun irqi mənşəyini həmçinin onun morfoloji xüsusiyyətlərini məhz etnik antropologiya öyrənir.

Fiziki antropologiyanın özünə məxsus metodlarından başqa əlavə olaraq fiziologiya, biokimya, molekulyar biologiya və ekologiya metodlarıda var. Misal olaraq: 1918-ci ildə L. Qrişfeldom insan üzərində biokimyəvi araşdırmalara başlayıb. Birinci dünya müharibəsinin sonuna yaxın oonun yaralı əsgərlər üzərində apardığı tədqiqatlar nəticəsində məlum olmuşdur ki, müxtəlif xalqların nümayəndələrinin qan qrupları bir-birindən АVO sisteminin faiz nisbətinə görə fərqlənir. Bundan başqa XX əsrin 30-cu illərində Bunak və Kolçovun müstəqil biokimyəvi tədqiqatlarınıda göstərmək olar.

Fiziki antropologiyada malekulyar biologiyanın tətbiq olunması insanın mənşəyindəki “təsadüf” terminini aradan qaldırdı. Çünki Darvin hüceyrənin sadə quruluşa malik olduğunu zənn etdiyi halda, malekulyar biologiya hüceyrənin mürəkkəb canlı orqanizm olduğunu sübut etdi. Təkamülçü elm adamı olan U.H.Torp yazır: “canlı hüceyrələrinin ən bəsitinin malik olduğu mexanizm belə insanın indiyə qədər hazırladığı, hətta xəyalını qurduğu bütün cihazlardan daha kompleksdir”. Molekulyar biologiya fiziki antropologiyaya genetikanın tətbiq olunmasına şərait yaratdı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]