Flappy bird — 2013-cü ildə Vyetnam əsilli oyun yaradıcısı Nquyen Ha Donq tərəfindən Hanoi şirkətində yaradılan və dotGEARS Studio tərəfindən paylaşılan mobil telefon oyunudur. Bu oyun 24 may 2013-cü ildə App Store və Google Playdə paylaşılmış, 10 fevral 2014-cü ildə isə silinmişdir.
Flappy Bird | |
---|---|
Buraxılış tarixləri | may 2013 |
Janr | fəaliyyət oyunu[d] |
Texniki məlumat | |
Platforma | Android, iOS |
Oyun rejimi | birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili |
Daşıyıcı | rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | sensor ekran |
Flappy bird retro üslublu yan-hərəkət görünüşlü 2D oyundur. Oyunun əsas məqsədi sağa doğru hərəkət edən quşu ekrana toxunmaqla havada saxlamaq və boruların arasından keçirməkdir. Əgər quş borulardan birinə dəysə, oyun bitmiş sayılır. Xallar isə quşun uğurla keçdiyi boruların sayına bərabərdir. 10–20 xal arası bürünc medal, 20–30 xal arası gümüş medal, 30–40 xal arası qızıl medal, 40 xalda çox olduqda isə "Xüsusi medal" verilir.
Oyun vyetnamlı Nquyen Ha Dong tərəfindən Iphone 5 üçün yaradılıb və 2013-cü ilin sentyabrında iOS 7 əməliyyat sistemində uğurla sınaqdan keçirilib. 2014-cü ilin yanvar ayında oyun ABŞ və Çİn App Storelarında 1-ci yerə çıxıb və Böyük Britaniya App Storeında "yeni Angry Birds" adı alıb. 30 Yanvar 2014-cü ildə bu oyun Android əməliyyat sistemi üçün çıxdı. Bəzi məlumatlara görə oyun rəhbərli bu oyun sayəsində gün ərzində 50000 ABŞ dolları qazanırdılar.
8 fevral, 2014-cü ildə Nquyen Ha Dong öz Twitter hesabında bildirdi ki, oyun şikayətlərə görə App Store və Google Playdən silinəcək. 1 gün sonra Flappy Bird hər iki yerdən silindi. Silinəndən dərhal sonra eBay 1499 ABŞ dollarına əvvəlcədən sifariş verilmiş oyunu da sifariçşçilərə vermədi.
Nquyen Ha Dong Forbes jurnalına açıqlamasında bildirmişdi ki, "oyun məhz onun asılılıq yaradan təbiətinə görə silinib, biz oyunu bir neçə dəqiqəlik istirahət vaxtı oynamaq üçün yaratmışıq, ancaq istifadəçilərimizdə oyundan asılılıq yaranır. Məncə bu artıq problemə çevrilir. Bu problemi həll etməyin ən yaxşı yolu oyunu silməkdir və o həmişəlik bizi tərk etdi".
Flappy bird tənqidçilər tərəfindən birmənalı qarşılanmır. Ən böyük tənqidçi orqan olan "Metacritic" ona 100 baldan 52 verib. "App tənqidçisi" "Huffington Post" həmin oyuna "darıxdırıcı, çox çətin, bezdirici, axmaq hərəkətli və həddindən artıq pis qrafikalı oyun" adı verib. Bundan əlavə, əsas tənqidçilər oyunun teksturasının Super Mario oyunlar seriyasından götürüldüyünün və plagiat olduğunu bildirirlər. Canada.com saytından olan texnoloji yazar O Rurk oyunu "indiyə qədər oynanılmış ən pis video-oyun adlandırıb". Bundan əlavə, oyun heç bir çətinlik səviyyəsi olmadan çox çətin rejimdə verilib.