iOS (24 iyun 2010 ci ilə qədər iPhone OS) — Amerika şirkəti olan Apple tərəfindən hazırlanan mobil əməliyyat sistemi.[1] 2007-ci ildən buraxılır; ilk buraxılış — iPhone və iPod touch üçün, sonrakı buraxılışlar — iPad və Apple TV və bu tip qurğular üçün istifadəyə verilmişdir. Windows Phone-dən və Google Android-dən fərqli olaraq, yalnız Apple firması tərəfinfən istehsal edilən qurğular tərəfindən dəstəklənir.
IOS | |
---|---|
Yaradıcı | Apple |
İstehsalçı | Apple |
Yazılma dili | C, C++, Objective-C, Swift, Java |
ƏS ailəsi | Unix, OS X |
Bazası | macOS |
Mənbə kodu | Qapalı (azad komponentlərdən) |
Buraxılış tarixi | 29 iyun 2007 |
Son versiya | 13.5 — 20 May 2020 |
Yenilənmə tezliyi | istənilən OTA üçün iTunes vasitəsilə |
Yenilənmə üsulu | iTunes və OTA |
Paketlər menecerləri | App Store |
Dəstəklənən dillər | 40 dildə |
Dəstəklənən platformalar | Apple TV, Apple Watch |
Nüvə tipi | (Hibrid)XNU |
İnterfeys | API, Coco Touch (multitaç). |
Lisenziya | EULA |
Vəziyyəti | Aktiv |
Veb-saytı | apples.com/en/ios |
Vikianbarda əlaqəli mediafayllar |
iOS istifadəçi interfeysi multitouch (multitaç) jestlərindən istifadə edərək düz manipulyasiya konsepsiyasına əsaslanmışdır. İdarəetmə elementləri interfeysə toxunma və ya hərəkət, çeviricilər və düymələrdən ibarətdir.
iOS ƏS-i OS X əsasında yaradılmışdır və POSIX standartına uyğun olan Darwin əsas komponentlər dəstindən istifadə edir.
iOS-da dörd yayım qatı var: Core OS qatı, Core Services qatı, Media Layer qatı və Cocoa Touch qatı.
Əməliyyat sisteminin cari versiyasının (iOS 7.0.4) sitem bölməsi üçün qurğununun 1,4 - 2 Qb fleş-yaddaşı mövcuddur və təxminən 800 MB boş yerə malikdir (modeldən asılı olaraq dəyişilir).
İlk vaxlar sadəcə 500 ədəd proqramla fəaliyyətə başlayan App Store 2015-ci il statistikasına əsasən iOS-da 1.5 milyon proqram və bu proqramlarin ümumi yüklənmə sayı 100 milyarddan artıqdır.[2].
iPhone OS əməliyyat sistemi 9 yanvar 2007-ci ildə keçirilən Macworld Conference & Expo sərgi-konfransında iPhone mobil telefonu ilə birlikdə Stiv Cobs tərəfindən şəxsən təqdim edilmişdi və həmin ilin iyununda buraxılışa başlanmışdır[3].
Platforma | 2007 il. | 2008 il. | 2009 il. | 2011 il. | 2012 il. |
---|---|---|---|---|---|
Nokia (Symbian OS) | 62,3 % | 52,4 % | 47,2 % | 20,9 % | 2,4 % |
BlackBerry (BlackBerry OS) | 10,9 % | 16,5 % | 20,8 % | 14,9 % | 5,3 % |
Apple (iOS) | 5,2 % | 9,6 % | 15,1 % | 15,7 % | 13,9 % |
Microsoft (Windows Phone) | 11,9 % | 13,9 % | 8,8 % | 5,5 % | 2,4 % |
Google (Android) | — | 0,5 % | 4,7 % | 39,5 % | 72,4 % |
Samsung (Bada) | — | — | 0,1 % | 1,9 % | 3,0 % |
Başqa (Linux, Palm OS) | 9,6 % | 7,2 % | 3,4 % | 3,5 % | 0,97 % |
iOS-un əsas rəqibləri:
Bu qurğuların bəzi istehsalçıları Apple şirkəti kimi öz mobil qurğuları üçün xüsusi əməliyyat sistemini istehsal edir.