React Native

React NativeMeta Platforms tərəfindən yaradılmış açıq mənbəli UI freymvorku.[2] O, Android,[3]:§Chapter 1[4][5] Android TV,[6] iOS,[7]:§Chapter 1[5] macOS,[8] tvOS,[9] veb,[10] Windows[8]UWP[11] üçün proqramlar hazırlamaq üçün istifadə olunur, bu proqramçılara doğma platforma imkanları ilə yanaşı React freymvorkundan istifadə etməyə imkan verir.[12] Facebook, MicrosoftShopify-da Android və iOS proqramlarını tərtib etmək üçün istifadə olunur.[13] Həmçinin Oculus-da virtual reallıq proqramlarının hazırlanmasında da istifadə olunur.[14]

React Native
Loqonun şəkli
Tərtibatçı Meta Platforms
Repozitoriya github.com/facebook/reac…
Proqramlaşdırma dili JavaScript, Java, C++, Objective-C, Python
Əməliyyat sistemi kross-platforma
Yayımlanma tarixi 2015
Sonuncu versiya
Sayt reactnative.dev
github.com/facebook/reac…

2012-ci ildə Mark Zukerberq, "Bir şirkət olaraq etdiyimiz ən böyük səhv, doğma dil yerinə HTML-ə fokuslanmağımız idi" dedi.[15][16] Facebook-un mobil versiyası üçün HTML5-dən istifadə edildi, lakin proqram məlumatları çox yavaş əldə edən qeyri-sabit bir proqrama çevrildi.[17] O, Facebook-un tezliklə daha yaxşı mobil təcrübə təqdim edəcəyinə söz verdi.

Facebook-da Cordan Uok, React freymvorku üçün əsas olan arxaplandakı JavaScript tredində iOS üçün UI elementlərini yaratmağın bir yolunu tapdı. Bu texnologiya ilə doğma proqramlar yarada bilmək üçün bu prototipi təkmilləşdirmək üçün daxili hakaton təşkil etmək qərarına gəldilər.[18]

2015-ci ildə, aylarla davam edən işdən sonra Facebook React JavaScript Configuration-nun ilk versiyasını buraxdı. Texniki söhbət[19] zamanı Kristofer Çedo izah etdi ki, Facebook artıq öz Qrup və Reklam Meneceri proqramında React Native istifadə edir.[20]

React Native-in iş prinsipləri React ilə faktiki olaraq eynidir, ancaq React Native Virtual DOM vasitəsilə DOM-u dəyişdirmir.[21]:§Chapter 2 O, birbaşa son cihazda fon emalında işləyir, asinxrontoplu körpü üzərində ardıcıllaşdırılmış məlumatlar vasitəsilə doğma platforma[22]:§Chapter 2 ilə əlaqə saxlayır.[23][24]

React komponentləri mövcud kodu əhatə edir və React-in deklarativ UI paradiqmasıJavaScript vasitəsilə doğma API-lərlə qarşılıqlı əlaqə qurur. TypeScript gücləndirilmiş tip təhlükəsizliyinə görə müasir React Native proqramlarında tez-tez JavaScript-in yerinə istifadə olunur.[25]

React Native CSS ilə oxşar sintaksisə malik olsa da, HTML və ya CSS istifadə etmir.[26]:§Chapter 5[27] Bunun əvəzinə, JavaScript tredindən gələn mesajlar doğma görünüşləri göstərmək üçün istifadə olunur.

React Native həm Windows, həm də macOS üçün mövcuddur, hansı ki Microsoft tərəfindən inkişaf etdirilir.

Hello, world! nümunəsi

[redaktə | mənbəni redaktə et]

React Native-də yazılan Hello, World! proqram nümunəsi belə görünür:

import { AppRegistry, Text, View, Button } from 'react-native';
import React from 'react';

const HelloWorldApp = () => {
  const [count, setCount] = React.useState(0);

  const incrementCount = () => {
    setCount((prevCount) => prevCount + 1);
  };

  return (
    <View>
      <Text>Hello world!</Text>
      <Text>{count}</Text>
      <Button onPress={incrementCount} title="Increase Count" />
    </View>
  );
};

export default HelloWorldApp;

AppRegistry.registerComponent('HelloWorld', () => HelloWorldApp);
  1. Release 0.76.3. 2024.
  2. "Chapter 1. What Is React Native?". oreilly.com. O’Reilly Media, Inc. 29 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2020.
  3. Eisenman, 2016
  4. "Android Release for React Native". 14 September 2015. 8 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2023.
  5. 1 2 Shankland, Stephen. "Mozilla's radical open-source move helped rewrite rules of tech". CNET. March 29, 2018. May 11, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 11, 2022.
  6. "Building For TV Devices · React Native". reactnative.dev (ingilis). 2020-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
  7. Eisenman, 2016
  8. 1 2 "React Native for Windows + macOS · Build native Windows & macOS apps with Javascript and React". microsoft.github.io. 2020-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
  9. "React Native for Apple TV". React Native for Apple TV (ingilis). 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
  10. "React Native for Web". GitHub. 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-06.
  11. Windows Apps Team. "React Native on the Universal Windows Platform". blogs.windows.com. April 13, 2016. 2016-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-06.
  12. "Out-of-Tree Platforms". reactnative.dev. Facebook, Inc. 1 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2020.
  13. "React Native Showcase". react.native.dev (ingilis). 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
  14. "React Native in H2 2021 · React Native". reactnative.dev (ingilis). 2021-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
  15. "Zuckerberg's Biggest Mistake? 'Betting on HTML5'". Mashable. 7 April 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 April 2018.
  16. Zuckerberg, Mark. "Fireside Chat With Facebook Founder and CEO Mark Zuckerberg". TechCrunch (interview). 2012-09-12. 2021-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-16.
  17. Warren, Christina. "Zuckerberg's Biggest Mistake? 'Betting on HTML5'". Mashable (ingilis). 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.
  18. "A short Story about React Native". 17 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2018.
  19. Christopher, Chedeau. "A Deep Dive into React Native". YouTube. 12 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2018.
  20. "React Native: Bringing modern web techniques to mobile". 26 March 2015. 1 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2023.
  21. Eisenman, 2016
  22. Eisenman, 2016
  23. "Bridging in React Native". 14 October 2015. 9 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2018.
  24. "How we build React Native app: 7 things which save your development time. Part 2". İstifadə tarixi: 2019-11-06.
  25. "Using TypeScript". reactnative.dev. Meta Platforms, Inc. 14 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2023.
  26. Eisenman, 2016
  27. "React Native Style". 29 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2021.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]