Foeniculum panmorium

Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü.

Adi razyana
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dəniziYaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur. Şüyüd və cirəyə bənzəyir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündülüyü 1–2 m olan çılpaq, çoxillik ot bitkisidir, gövdəsi silindrik, nazik şırımlı, budaqlıdır. Yarpaqları saplaqsız, lələkvari parçalanmışdır. Sarı rəngli xırda çiçəkləri mürəkkəb çətir formalı çiçəkqrupu əmələ gətirir. Meyvəsi (ikitoxum) 5–7 mm, uzunsov, yaşımtıl-boz rənqdədir. Toxumları özünün ətirli, şirin-ədviyyəli iyi ilə xırda zirəni xatırladır. İyul-avqust aylarında çiçəkləyərək sentyabr-oktyabr aylarında meyvə verir.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Adi raziyana kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir. AtlantikOrta Avropa, Apalıqdənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Şimali və Cənubi Afrika, Çin, Yaponiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda adi raziyana Kiçik Qafqazın cənub rayonları, Abşeron, Qobustan, Xəzəryanı, Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqları, eləcə də Naxçıvan düzənliyində, aran və dağ ətəyi (dəniz səviyyəsindən 400 m qədər) ərazilərdə bitır.

Ekoloji qrup və bitdiyi yerlər

[redaktə | mənbəni redaktə et]

Mezokserofitdir, quru-bozqır və psammofit-litoral bitkilik tiplərində rast gəlir. Əsasən otlu yerlərdə, dəniz kənarı qumluqlarda, su axarları və yol kənarlarında zolaqlar əmələ gətirir.

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

Adi raziyana kumarin, flavonoid, efir və piyli yağlar, steroid, antosian və digər bioloji aktiv maddələrlə zəngindir. Meyvələrinin tərkibində 6% efir yağı, başlıca komponent olan anetol (60%-ə qədər) fenxon, pinen, metilxavikol və 18% piyli yağlar vardır. Keyfiyyətli xammal yetişmiş meyvələri hesab olunur.

Təsiri və tətbiqi

[redaktə | mənbəni redaktə et]

Adi raziyana farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki və eksperimental təbabətdə, Tibet, Koreya və xalq təbabətində geniş tətbiq edilir. Əsasən böyrək, mədə, sidik kisəsi, nəfəs yolları, göz, nevroz, bronxit və bronxial astma, irinli yaralarda, çinədan (zob) və s. xəstəliklərə qarşı istifadə olunur. Antibakterial, estrogen, hərarəti salan və sidikqovucu təsirə malikdir.

Raziyana ətirli ədviyyat kimi də yeyinti sənayesində işlədilir. Diş pastalarının tərkibinə xoş ətir vermək üçün qatılır. Gövdələrindən tərkibində 20% zülal olan heyvandarlıqda istifadə olunan jmıx alınır.

Müalıcə məqsədi ilə bitkinin meyvələri istifadə edilir. İstifadə formaları cövhər və efir yağı şəklindədir.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

[redaktə | mənbəni redaktə et]

Tərəvəz bitkisidir. Meyvələri və yarpaqları ədviyyə kimi istifadə olunur. Yeyinti və qənnadı sənayesində meyvələri, əczaçılıqda və ətriyyat sənayesində isə efir yağı aromatizator kimi istifadə edilir.

Raziyana meyvələrində müalicə əhəmiyyətli maddə əsasən efir yağı sayılır. Efir yağına xoş iy verən tərkibindəki anetol maddəsidir. Anetol aromatik birləşmə olub, razyana meyvəsinin ən qiymətli tərkib hissəsidir. Elmi təbabətdə razyana meyvəsindən soyuqdəymələrdən baş verən tənəffüs yolları xəstəliklərində iltihabı aradan qaldıran, yumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərində, həzm prosesini yaxşılaşdırıcı və köpmənin qarşısını alan vasitə kimi istifadə olunur.

Tərkibindəki fitoestrogenlər analarda südün miqdarını və yağlılığını artırır. Süd vəzisinin böyüməsinə də təsir edə bilir. Bundan başqa, razyana meyvəsindən dəmləmə formasında öd kisəsi iltihabının və böyrək xəstəliklərinin müalicəsində geniş istifadə edilir.

Xalq təbabəti

[redaktə | mənbəni redaktə et]

Xalq təbabətində çox qədimdən razyana meyvəsindən çay kimi dəmləyib, uşaqlarda baş verən qarın ağrılarında ağrıkəsən və köpmənin qarşısını alan dərman kimi işlədilir. Bu məqsədlə razyana meyvələri çox vaxt qurudulmuş nanə yarpağı ilə bərabər hissədə götürülür, sonra çay dəmləyib xörək qaşığı ilə qəbul edilir. Razyana şirəsi (Şüyüd suyu) xalq təbabətində qarın ağrısında (köpməsində), mədə-bağırsaq traktı pozulduqda və eləcə də bəlğəmgətirici öskürək dərmanı kimi istifadə edilir.

  • Anethum dulce DC.
  • Anethum foeniculum L.
  • Anethum minus Gouan
  • Anethum panmori Roxb.
  • Anethum panmorium Roxb. ex Fleming
  • Anethum pannorium Roxb.
  • Anethum piperitum Ucria
  • Anethum rupestre Salisb.
  • Foeniculum azoricum Mill.
  • Foeniculum capillaceum Gilib. [Invalid]
  • Foeniculum divaricatum Griseb.
  • Foeniculum dulce Mill.
  • Foeniculum foeniculum (L.) H.Karst. [Invalid]
  • Foeniculum giganteum Lojac.
  • Foeniculum officinale All.
  • Foeniculum panmorium (Roxb.) DC.
  • Foeniculum piperitum C.Presl
  • Foeniculum rigidum Brot. ex Steud.
    • Foeniculum vulgare var. capillaceum Burnat
    • Foeniculum vulgare subsp. capillaceum (Burnat) Holmboe
    • Foeniculum vulgare var. dulce (Mill.) Batt. & Trab.
    • Foeniculum vulgare var. inodorum Maire
    • Foeniculum vulgare subsp. piperitum (C.Presl) Bég.
    • Foeniculum vulgare var. piperitum (C.Presl) Ball
    • Foeniculum vulgare var. sativum C.Presl
    • Foeniculum vulgare subsp. sativum (C.Presl) Janch. ex Holub
  • Ligusticum foeniculum (L.) Roth
  • Ligusticum foeniculum (L.) Crantz
  • Meum foeniculum (L.) Spreng.
  • Selinum foeniculum E.H.L.Krause
  • Seseli foeniculum Koso-Pol.[1]
  1. Adi razyana:''The Plant List saytında takson barədə məlumat. (ing.)