Vernicia fordii (lat. Vernicia fordii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin vernicia cinsinə aid bitki növü. Əsasən Çində dəniz səviyyəsindən 200-1500 m hündürlükdə, dağ yamaclarında, meşələrdə yayılmışdır. ABŞ-da mədəni şəraitdə geniş əkilib-becərilir. Bu növə Çində tunq ağacı da deyilir.
Vernicia fordii | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Vernicia fordii |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündülüyü 8-13 m-ə çatan, açıq-boz qabıqlı, budaqları cərgələrlə yerləşən, seyrək çətirli, yarpağınıtökən ağacdır. Yarpaqları yumurtavari, uzanmış, ucu iti və 3 ayalı, qaidədən ürəkvarı və ya iki kəsimlidir, uzunluğu 10-12 sm, eni 6-18, bəzən 25 sm-dir, dərivaridiiir, qalın saplaqlıdır, üst tərəfdən tünd-yaşıl, alt tərəfdən bir qədər açıq rəngdədir. Cavan yarpaqların altı kürən, sıx tükcüklərlə örtülü, saplaqlarının uzunluğu 5-20 sm olur. Yarpağın saplağından qaidəsinə yaaxın olan hissədə 2 ədəd qırmızı rəngli vəz vardır. Çiçəkləri ağ ləçəkli, çoxçiçəkli süpürgəyə və ya çətirə toplanaraq budaqların uclarında yerləşmişdir. Bir və ya ikievlidir, kasacıq 2-3 dilimlidir. Ləçəkləri 25-30 mm uzunluqdadır, enli yumurtavaridir, qaidədə bir qədər çəhrayıdır. Bunlar 1,5-3 sm uzunluqda olmaqla ağ və ya çəhrayı rəngdədir. Meyvəsi 5 sm-ə qədər diametrdə, iri, şar formasında, çəyirdəkli olub, xaricdən ətli qabığa malikdir. Toxumları yumurtavari, boz, yanlardan basıq və bərk qabıqlıdır, 2-3 sm uzunluqdadır. Zəhərlidir, mayda çiçəkliyir, sentyabr-oktyabr ayında isə meyvəsi yetişir. Toxumlar vasitəsilə çoxaldılır.
Quraqlığa davamlıdır. İsti və işıqsevəndir, münbit torpaqlarda yaxşı bitir. Çox turşulu və kirəcli torpaqlarda bitmir.
Lənkəranda 1935-ci ildən əkilib becərilir.
Bakıda 1-2 illik bitkilər şaxtadan ziyan çəkir, meyvələri zəhərli oluğu üçün əhəmiyyətli deyildir. Tunqun meyvəsindən alınan yağdan lak, boya sənayesində istifadə olunur.