Fortuna traxikarpusu (lat. Trachycarpus fortunei) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin traxikarpus cinsinə aid bitki növü.
Fortuna traxikarpusu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Fortuna traxikarpusu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Qərbi Himalay, Çin və Yaponiyada dağ meşələrində, kasıb torpaqlarda yayılmışdır. Vətənində bu bitki Çin çətənə palması adlanır.
Hündürlüyü 10 m-dən çoxdur. Çətiri kiçikdir. Yarpaqları üst tərəfdən parlaq, yelpikvari, tünd-yaşıl, alt tərəfdən göyümtülü, çoxsaylı buğumlara bölünmüşdür, diametri 60 sm-ə çatır. Saplaqları çılpaq iynəsiz, bünövrəsində cod tükçuklüdür. Çiçəyi sarı, ətirlidir, iri qoltuq çiçək qruplarında yerləşir. Yarpaq buğumlarının miqdarı 30-a çatır. Hər buğumu saplığın birləşmə yerinədək kəsilmiş yarpaqların ucları ikiyə bölünmuşdür. Yarpaq saplağının kənarlarında zəif bilinən dişcikləri vardır. May ayında çiçəkləyir. Meyvəsi qışda yetişir. Çoxaldılması toxumlarla aparılır.
Şaxtayadavamlı palma növlərindən biridir, -18 C-dək şaxtalara dözür. Fortuna traxikarpusu torpağa tələbkar deyil, ancaq yaxşı drenaj saxlanılmalıdır. Nəmişli iqlim şəraitində quraqlığı pis keçirir, orta miqdarda nəmişli havanı (40%) sevir. Cənubda subtropik rayonlarda açıq sahədə qışlayır.
Bakı, Lənkəran və digər şəhərlərdə mədəni şəraitdə becərilir.
Park və bağsalmada tək ərinlərdə geniş istifadə edilir.