Fotoqrafiya xronologiyası

Fotoqrafiya xronologiyası - Fotoqrafiyanın və kinematoqrafiyanın inkişafında baş vermiş əsas hadisələr, fotoqrafiyanın inkişafına ciddi təsir göstərmiş kəşflər və ideyalar.

  • X əsr - ərəb fiziki və riyaziyyatçısı İbn əl-Heysəm tərəfindən kamera-obskuranın işləmə prinsipinin ilk dəfə izah olunması.
  • 1727 - Rusiyada Bestujev-Ryumin tərəfindən günəş işığında müxtəlif duz tərkibli məhlulların rənginin dəyişdiyinin aşkar olunması.
  • 1727 - Həkim və anatomiya professoru İohann Henrix Şults tərəfindən ilk dəfə gümüş nitratın işığa həssaslığının müəyyən edilməsi və təcrübə vasitəsilə təsdiq edilməsi.
  • 1777 - Karl Vilhelm Şults tərəfindən mavi və bənövşəyi şüaların qırmızı şüalardan daha təsirli olduğunun sübut olunması.
  • 1800 - Vilyam Gerşel tərəfindən infraqırmızı şüalanmanın mövcudluğunun kəşf olunması.
  • 1816 - Şotlandiyalı Ser Deyvid Bryusterin işığın polyarlaşdırılmasından faydalanaraq kaleydoskop icad etməsi.
  • 1822, 19 iyul - fransız alim Yozef Nisefor Niyepsi (Joseph Niepce) tətəfindən ilk dəfə foto təsvirin alınması.
  • 1831 - Belçikalı alim Yozef Plateyu və Avstriyalı Simon von Stamfer tərəfindən ilk animasiya aləti-fenakistiskop kəşf edilmişdir.
  • 1834 - Alman alimi Yohann Varfolomey Trommsdorff (1770-1837) tərəfindən ilk fotokimya reaksiyasının keçirilməsi.
  • 1835 - Böyük Britaniyalı fiziki və kimyaçısı, ixtiraçı Uilyam Henri Foks Talbot gümüş nitrat və duzlu məhlulla qidalanmış kağızdan istifadə edərək foto təsvirin daşıyıcısı olan ilk neqativ yaratdı.
  • 1837 - Fransız rəssamı və kimyaçısı Lui Jak Mande Dager tərəfindən duz məhlulunun köməyi ilə fiksajlama (neqativ), fiksaja salma (neqativi, şəkli) prosesiinin kəşf olunması.
  • 1838 - Çarlz Uitston tərəfindən stereoskopik görüntu (stereotəsvir) prinsipinin təsvir edilməsi.
  • 1839 - "Fotoqrafiya" terminindən ilk dəfə eyni vaxtda bir-birindən asılı olmayaraq iki astronom: ingilis alimi Con Gerşel və alman alimi İohann fon Medler istifadə etmişlər.[1].
  • 1844 - Böyük Britaniyalı fiziki və kimyaçısı, ixtiraçı Uilyam Henri Foks Talbot tərəfindən The Pencil of Nature adlı ilk foto illustrasiyalı kitabın nəşr edilməsi.
  • 1847 - Şotlandiya fiziki Devid Bryuster tərəfindən stereofotokameranın kəşf olunması.
  • 1851 - Kollodion prosesinin kəşf olunması ilə çətin və təhlükəli olan dagerotipiyadan imtina edildi.
  • 1852 = Georgi Eastman Kodak qurğularında 10 poza çəkə bilən bromürlə əhatələnmiş jelatin rulonlar olan Kodak foto qurğularını satışa çıxard;
  • 1853, 20 yanvar -Böyük Britaniyalı fotoqraf Rocer Fenton tərəfindən dünyada ilk fotoqraflar cəmiyyəti olan [2] Kral Fotoqrafiya Cəmiyyətinin [3] əsasının qoyulması.
  • 1854 - Rusiya ixtiraçısı İvan Fyodoroviç Aleksandrov tərəfindən ilk stereofotoaparatın konstruksiyası və patentləşdirilməsi.
  • 1878 - "Fotoqrafiya” termininin ilk dəfə Fransa Akademiyasının lüğətinə daxil edilməsi.
  • 1888 - Kodak firması tərəfindən içində 100 ədəd film olan fotoaparat qurğularının satışa çıxarılması.
  • 1931, 7 noyabr - Nyu-Yorkda ilk infraqırmızı foto çəkilmişdir.
  • 1934, 20 yanvar - Yaponiyada foto və görüntüləmə sistem texnologiyaları istehsalı ilə məşğul olan Fujifilm (yap. 富士フイルム株式会社) —şirkətinin əsasının qoyulması.
  • 1947 - Parisdə Robert Kapanın ideyası əsasında başda Anri Kartye-Bresson olmaqla müharibə fotoqrafları: Robert Kapa, Devid Seymur, Corc Rocer, Uilyam Vandivert, Rita Vandivert və Mariya Eyzner tərəfindən beynəlxalq foto agentliyinin - (Maqnum Foto) yaradılması.
  • 1961, 9 sentyabr - Yaponiyada mühəndis Mitixiro Yamaki tərəfindən fototexnika vasitələri (fotoaparatlar, çəkiliş obyektivləri, müxtəlif foto aksesuarlar və s.) istehsal edən "Sigma" kompaniyasının yaradılması.
  • 2009, 31 oktyabr - Toronto şəhərinin sakinləri Oleq Qutsol və Yevgeni Çebotaryev tərəfindən 500xp adlı fotoqrafiya saytının əsasının qoyulması.[4]
  • Фотография // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
  1. Etymology of «photography» Arxivləşdirilib 2010-08-19 at the Wayback Machine.
  2. Şəkillərin dili ilə tarixi insanlara göstərmək istəyirəm[ölü keçid]. medeniyyet.az, 31.07.2015  (az.)
  3. Azərbaycan fotoqrafı Britaniya Kral Fotoqrafiya Cəmiyyətinin üzvü seçilib[ölü keçid]. medeniyyet.az, 17.07.2015  (az.)
  4. "Официальный сайт ресурса 500px.com". 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-05.