Francesco Qraziani (it. Francesco Graziani, 16 dekabr 1952[1], Subyako[d], Latsio) — İtalyalı keçmiş futbolçu, hücumçu mövqeyində oynayıb. 1982 Dünya Çempionatının qalibi olub . Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi çalışır.
Françesko Qraziani | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 16 dekabr 1952[1] (71 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 180 sm |
Çəkisi | 76 kq |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Françesko futbol karyerasına "Arezzo" klubunda başlamışdır. 1973-cü ildə "Torino" klubuna keçir və üç il sonra Turin klubu ilə Skudetto qazanır.[2] 1977-ci ildə 21 qolla İtaliya çempionatının bombardiri olur.[3] 1981-ci ildə Qraziani "Fiorentina" klubuna, 1983-cü ildə isə "Roma"ya transfer olunur. Roma klubunda oynayan zaman Avropa Çepmionlar kubokununun finalına çıxır, ancaq burada "Liverpul" klubuna qarşı oyunda penalti komandası seriyasında məğlub olur.
1986-cı ildə "Udineze" klubuna keçir və növbəti iki mövsümu burada keçirir.
1988-ci ildə Avstraliyanın "APIA Leichhardt" klubuna keçir və burada 2 oyunda meydana çıxaraq karyerasını bitirir.
Futbolçu İtaliya A Seriyasında 353 oyunda meydana çıxaraq 130 1ol vurub.
Qraziani eyni zamanda 1978-ci il Dünya Çempionatı, 1980-ci il Avropa Çempionatı və 1982-ci il Dünya Çempionatında İtaliya millisinin heyətində yer alır. 1982-ci il Dünya Çempionatında turnirin qalibi olur və turnirdə Kamerunla oyunda bir qol vurur.
Qrazianinin məşqçilik karyerası o qədər də uğurlu olmayır. O məşqşilik karyerasına 1989-cu ildə keçmiş klubu "Fiorentina"da başlayır və Floreansiyalılar ilə UEFA Kubokunun finlına çıxsada, orada digər İtaliya klubu "Yuventus" klubuna 1:3 hesabı ilə məğlub olur.
Françeskonun növbəti klubu 1990-cı ildə "Recina" olur. 1990/91 mövsumundə "Recina"da çalışdıqdan sonra oradan ayrılır və 1991/92 mövsumundə "Avellino" klubuna məşqçi təyin olunur. Ancaq ordada uğur qazana bilməyən Qraziani 1992-ci ildə məşqçiliklə vidalaşır. Ancaq doqquz il sonra Fraçesko təkrar məşqçiliyə dönərək "Katanyia" klubunun "C1 Seriyası" çempionu edərək, komandanın B Seriyasına yüksəlməsinə kömək edir. "Kataniya"da o məşqçi olmaqla yanaşı həm də idman direktoru vəzifəsini yerinə yetirirdi. Ancaq 2002/03 mövsümündə doqquz matçdan sonra uğursuz olduğu üçun klubdan ayrılır və İtaliyanın C2 Seriyasında yarışan "Montevarçi"yə məşqçi təyin olunur. Françskonun məşqçilik karyerası burdada alınmır və klubdan qovulur. Daha sonra o yarımpeşəkar klublara rəhbərlik edir.
Françeskonun Qabriel adlı bir oğlu var. Qabrieldə futbolçudur və Pro Liqanın ikinci divizion klubunda (əvvəlki C2 Seriyası) "Sambonifaçese" klubunda oynayır .
Françesko Qraziani hazırda İtaliyanın Mediaset kanalında futbol mütəxəssisi kimi çalışır.[4]
İtaliya Millisi
Şəxsi nailiyyətlər
Kataniya
Cervia