Fransis Aleksandr — amerikalı portret rəssamı.[3]
Fransis Aleksandr | |
---|---|
ing. Francis Alexander | |
Doğum tarixi | 3 fevral 1800[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 27 mart 1880[1] (80 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, rəsm kolleksioneri[d] |
Janr | portret |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr 1800-cü il fevralın 3 - də Konnektikutun Vindham qraflığında anadan olub. O , fermada böyüyüb. 1820-ci ildə Nyu-Yorka gedərək Aleksandr Robertson ilə birlikdə rəssamlıq təhsili alıb. [4]
1831 və 1832-ci illərdə Romada yaşayıb. Daha sonra təxminən on ilə yaxın Massaçusets ştatının Boston şəhərində yaşayıb. Burada yaşadığı müddətdə Çarlz Dikkensin portretini çəkib (1842).[5]
Fransis 1840-cı ildə Milli Dizayn Akademiyasının fəxri üzvü seçilib. Aleksandr 1881-ci ildə Florensiyada vəfat edib.[6]
Aleksandr 1836-cı ildə Lusiya Qrey Svit ilə evlənib. Onların qızı Fransisko Aleksandr məşhur illüstrator, müəllif və tərcüməçi olub.[7]
Aleksandrın çəkdiyi ən yaxşı portretlərindən biri xanım Fletçer Vebsterin portretidir.[8]