Fransua Bertrand (fr. François Bertrand) - Fransa ordusunun serjantı, nekrofil. 1848-1849-cu illərdə Paris şəhərində yerləşən Monparnas məzarlığındakı məzarları gizli şəkildə ekshumasiya edərək cəsədlərlə cinsi əlaqəyə girməsi ilə məşhurlaşmışdır. Törətdiyi əməllərinə görə Fransa cəmiyyətində Monparnas vampiri (fr. Vampire du Montparnasse) təxəllüsü ilə tanınmışdır.
Fransua Bertrand | |
---|---|
fr. François Bertrand | |
Doğum tarixi | |
Doğum yeri | Yuxarı Marna, Fransa |
Vəfat tarixi | (54 yaşında) |
Vəfat yeri | Havr, Fransa |
Vətəndaşlığı | Fransa |
Milliyyəti | Fransız |
Fəaliyyəti | hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
1849-cu ildə nekrofiliya ilə məşğul olmaq ittihamı ilə bir il müddətinə həbs edilmişdir. 1856-cı ildə Fransanın şimalında yerləşən Havr şəhərinə köçərək ömrünün qalan hissəsini burada yaşamışdır. Həyatının qalan hissəsində kargüzar, poçtalyon və mayak gözətçisi kimi fərqli işlərlə məşğul olub.[1]