Avropa Tədqiqat Universitetləri Liqası (ing. League of European Research Universities, qısa LERU) — Avropa aparıcı elmi tədqiqat universitetlərinin birliyi. Təhsildə və elmi fəaliyyətdə yüksək nəticələr əldə etmək üçün bilik və təcrübə mübadiləsi, fundamental tədqiqatlar aparmaq və beynəlxalq aləmdə Avropa universitetlərinin rəqabət qabiliyyətini artırmaq naminə yaradılıb.[1]. Mənzil-qərargahı Belçikanın Lyöven şəhərində yerləşir. 2009-cu ildən LERU-nun baş katibi professor Kurt Deketelerdir [2]
LERU 2002-ci ildə Avropanın 12 universitetinin təşəbbüsü ilə yaradılıb. 2010-cu ildə birlik üzvlərinin sayı 21-ə çatıb.
- Belçika, Löven Katolik Universiteti[4]
- Finlandiya, Helsinki Universiteti[5][6]
- Fransa, Pyer və Mariya Kyuri Universiteti[7]
- Fransa, Strasburq Universiteti[6]
- Fransa, XI Paris-cənub Universiteti[7]
- Almaniya, Frayburq Universiteti[7]
- Almaniya, Münhen Lüdviq-Maksimilian Universiteti
- Almaniya, Heydelberq Universiteti[4]
- İtaliya, Milan Universiteti
- Niderland, Amsterdam Universiteti[7]
- Niderland, Leyden Universiteti[4][5]
- Niderland, Utrext Universiteti[6][7]
- İspaniya, Barselona Universiteti[8]
- İsveç, Lund Universiteti[7]
- İsveçrə, Cenevrə Universiteti[4]
- İsveçrə, Sürix Universiteti[7]
- Birləşmiş Krallıq, London İmperial Kolleci[8]
- Birləşmiş Krallıq, London Universitet Kolleci[7]
- Birləşmiş Krallıq, Kembric Universiteti[4]
- Birləşmiş Krallıq, Edinburq Universiteti[4]
- Birləşmiş Krallıq, Oksford Universiteti[4][5]