Frederik «Freddi» Çarlz Krüger (ing. Frederick «Freddy» Charles Krueger) — Qarağac küçəsində qarabasma film seriyaları üçün uydurulmuş obrazdır. Personajın müəllifi Ues Kreyvendir.[2][3][4][5]
Freddi Krüger | |
---|---|
Yaradan | Ues Kreyven |
Canlandıran | Robert Enqlund |
Məlumat | |
Cinsi | kişi[d] |
Doğum tarixi | 27 fevral 1942 |
Ölüm tarixi | ən tezi 1960 və ən geci 1970[1] |
Ölüm səbəbi | yanaraq ölmə[d][1] |
Peşəsi | seriyalı qatil |
Vikianbarda əlaqəli mediafayllar |
Freddi Krüger yuxu monyakıdır. Onun kəsici əlləri, qorxunc üzü və çirkli şlyapası vardır. Onun üzündən onlarla uşaq qətlə yetirilmişdir. Onun anası Amanda Krüger rahibə olan zaman monyaklar tərəfindən təcavüzə məruz qalır. Bir müddət keçdikdən sonra onun övladı dünyaya gəlir. Oğlunun adı Freddi Krüger olur. Freddi böyüdükcə qəddarlaşır. Artıq yaşlanan zaman uşaqları "Qarağac" küçəsində oğurlayıb və öldürməyə başlayır. Freddinin arvadı Loretta ərinin monyak olduğunu başa düşür. Lakin bu zaman Freddi qızı Ketrinin gözləri qarşısında anasını öldürür. Polislər ondan şübhələnməyə başladıqdan sonra onu həbs edirlər. Ketrin yetimxanaya göndərilir. Freddinin anası isə məhkəmə zamanı xəstəxanada oğlunun bu hərkətlərinə dözməyərək ölür. Uşaqları ölmüş valideynlər qəzəblərini yatırda bilməyərək Freddini diri-diri yandırırlar. Bu zaman Freddinin yanına yuxu cinləri gəlir. Onlar Freddiyə təklif edirlər. Təklifə görə Freddi ruhun cinlərə verməli və bunun əvəzində yeni həyat qazanacaqdır. Bundan sonra Freddi yuxularda gəncləri öldürməyə başlayır. Gələcəkdə yuxudan həyata keçmək üçün doğulan uşağın içinə girməlidir.
Freddi Krüger personajı ilk dəfə Qarağac küçəsində qarabasma adlı film seriyalarında peyda olmuşdur. Freddi "Qarağac" küçəsində gəncləri yuxuda öldürməyə başlayır. Nensi onu filmin birinci Qarağac küçəsində qarabasma seriyasında yandıraraq öldürür. Lakin filmin sonundan belə bir nəticə çıxır ki, Freddi Krüger hələ də sağ qalmış və qurbanlarını axtarmağa başlayır. Filmin ikinci hissəsi olan Qarağac küçəsində qarabasma 2 Nensi evi tərk etdikdən 5 il sonra bura başqaları köçür. Onlar Nensinin filmin birinci hissəisndə adı belə çəkilməyən "Nensinin gündəliyi"ni tapıb oxuyurlar. Həmin gündəlikdə Nensinin gecə dəhşətləri haqqında məlumat verilmişdir. Onlar bilmirlər ki, həmin yuxu monyanı hələ də sağdır və onları öldürmək üçün yeni planlar hazırlayır.
Filmin üçüncü hissəsində Qarağac küçəsində qarabasma 3 Freddi Krüger tərəfindən Nensi və atası öldürülür. İnsanların onu öldürməsinə baxmayaraq, Freddi hələ də yaşamağa davam edir. Filmin səkkizinci hissəsi olan Freddi Ceysona qarşı filmində Ceyson ilə dostluq etmyə başlayır. Lakin sonra Ceyson Burhis tərəfindən öldürülür. Buna baxmayaraq Freddi Krüger yenə də sağ qalır.