Qarağac küçəsində qarabasma (ing. A Nightmare On Elm Street) – ABŞ-nin məşhur qorxulu seriallarından biridir. Filmin 1984–2003-cü illər ərzindəki rejissoru isə məşhur ABŞ rejissoru Ues Kreyvendir. Filmlərin baş qəhrəmanı isə isveç aktyoru Robert Enqlundun ifasında olan Freddi Krügerdir. Qarağac küçəsində qarabasma filmini çəkməmişdən əvvəl New Line Cinema kompaniyası dərin böhran içində idi. 1984-cü ildə filmin çəkilməsindən sonra bu kompaniya böyük uğurlar qazanır. Bu uğurun uzunmüddətli olması üçün filmin sonrakı seriyaları çəkilməyə başlanılır. Freddi Ceysona qarşı filmi "Qarağac küçəsində qarabasma" seriyalarının hekayələrini bitirir. 2010-cu ildə "Qarağac küçəsində qarabasma" filminin remeyki çəkilir. Artıq bu filmdə Robert Enqlund çəkilmir. Freddi rolunu isə Cek Erli ifa edir.
Ad | Orijinal adı | İl | Rejissor | Büdcə | ABŞ-də gəliri |
---|---|---|---|---|---|
"Qarağac küçəsində qarabasma" | A Nightmare on Elm Street | 1984 | Ues Kreyven | $1 800 000[1] | $25 504 513[2] |
"Qarağac küçəsində qarabasma 2: Freddinin qisası" | A Nightmare on Elm Street 2: Freddy’s Revenge | 1985 | Cek Şolder | $3 000 000[3] | $29 999 213[4] |
"Qarağac küçəsində qarabasma 3: Yuxu döyüşçüləri" | A Nightmare on Elm Street 3: Dream Warriors | 1987 | Çak Rassel | $4 000 000[5] | $44 793 222[6] |
"Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi" | A Nightmare on Elm Street 4: The Dream Master | 1988 | Renni Harlin | $4 000 000[7] | $49 369 899[8] |
"Qarağac küçəsində qarabasma 5: Yuxu övladı" | A Nightmare on Elm Street: The Dream Child | 1989 | Stiven Hopkins | $6 000 000[9] | $22 168 359[10] |
"Freddi ölüdür: Sonuncu qarabasma" | Freddy’s Dead: The Final Nightmare | 1991 | Reyçel Teleley | $5 000 000[11] | $34 872 033[12] |
"Ues Kreyvenin yeni qarabasması" | Wes Craven’s New Nightmare | 1994 | Ues Kreyven | $8 000 000[13] | $18 090 181[14] |
"Freddi Ceysona qarşı" | Freddy vs. Jason | 2003 | Ronni Yu | $25 000 000[15] | $82 163 317[16] |
"Qarağac küçəsində qarabasma" | A Nightmare on Elm Street | 2010 | Semyuel Bayer | $35 000 000[17] | $115 664 037[18] |
The new "Nightmare" isn’t expected to do quite that well but should still be a solid performer for the studio given its production budget of about $35 million.