FreeBSD

FreeBSDUnix-ə bənzər sərbəst əməliyyat sistemi, Berkli Universitetində yaradılmış BSD üzrə AT&T Unix nəslindədir. FreeBSD, Microsoft Xbox, DEC Alpha, Sun UltraSPARC, IA-64, AMD64, PowerPC, NEC PC-98, ARM daxil olmaqla x86 ailəsindən olan PK-larla uyğunlaşan sistemlərdə işləyir.

FreeBSD
Loqonun şəkli
Bazası Berkeley Software Distribution[1]
Buraxılış tarixi 1 noyabr 1993
Son versiya
  • 10.1 (11 noyabr 2014)[2]
Dəstəklənən platformalar x86, x86_64[d], PowerPC[d], ARM[d], MIPS[d]
Veb-saytı freebsd.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MIPS arxitekturasının dəstəklənməsi hazırlanmaqdadır. FreeBSD bütov bir əməliyyat sistemi kimi hazırlanmaqdadır. Nüvənin çıxış kodu, qurğuların drayverləri, komanda örtüyü və digər əsas istifadəçi proqramları vahid versiyaların idarə olunması sistemi ağacında yer almışdır (31 may 2008 qədər — CVS, hal-hazırda — SVN). Nüvənin bir qrup tərəfindən, istifadəçi proqramlarının dəstinin (məsələn, GNU layihəsi) isə başqa qrup tərəfindən işlənib hazırlandığı, müxtəlif GNU/Linux distributivlərinin çıxarılması üçün isə saysız-hesabsız qrupların bütün bunları toplayaraq vahid hala gətirdiyi GNU/Linux və digər sərbəst UNIX-ə bənzər əməliyyat sistemlərindən FreeBSD məhz bununla seçilir.

FreeBSD son dərəcə etibarlı şəbəkə xidmətləri və efektiv yaddaş idarə olunmasına görə intranet-internet serverlərinin qurulmasında çox geniş istifadə olunur.Öz sabitliyindən başqa FreeBSD öz lisenziyası ilə tanırır. Tanınmış GNU GPL – kodu yalniz sərbəst Program Təminatında deyil, həm də bağlı Programda istifadə etməyə imkan verir, BSD lisenziyası isə bütün bunları etməyə imkan yaratdığı halda GNU GPL lisenziyasından daha qısa və sadə olması ilə rəğbət qazanmışdır.

FreeBSD-nin işlənib hazırlanmasına, 386BSD sisteminin istifadəçilərinin patch dəstlərinin artımı ilə 1993 cü ildə başlanılmışdır. Bu dəst sonradan təkmilləşərək və Free Software Foundation kodunu özünə daxil edərək 386BSD- dən digər əməliyyat sisteminə ayrılır. Birinci rəsmi FreeBSD 1.0 variantı 1993-cü ilin dekabrında işıq üzü görmüşdür.Walnut Creek CDROM FreeBSD-ni kompakt disklərdə yaymağa razılığını vermiş, həmçinin layihənin işlənməsi üçün internetə çıxışı olan ayrıca kompüter təqdim etmişdir. Beləliklə 1994- cü ilin may ayında uğurlu FreeBSD 1.1. variantı buraxılmışdır. Lakin, 386BSD-də BSD Net/2 çıxış kodlarının qanunauyğun istifadəsini nəzərə alaraq, FreeBSD komandası tərəfindən 4.4BSD-Lite istifadə etməklə sistemin yarıdan çoxu 1995-ci il yanvar ayında çıxmiş FreeBSD 2.0 varinatına qədər təkrarən işlənir.FreeBSD üzrə Dərslikdə sistemin mənşəyi və tarixi haqa daha geniş informasiya əldə etmək mümkündür.

Sistemin variantları

[redaktə | mənbəni redaktə et]

25 noyabr 2009-cu il tarixində FreeBSD-nin axrıncı 8.0 variantı buraxılmışdır.

4.0 Variantı 2000-ci ilin mart ayında, axırıncı varinatı 4.11 isə 2005-ci ilin yanvar ayında çıxmışdır.FreeBSD 4 birinci dot-com bubble zamanı sabit və yüksək səmərəli Unix sinifindən olan sistem kimi internet provayderlərin və xostinqlərin böyük rəğbətini qazanmışdır.Bü günədək internetdə milyonlarla tələblərə xidmət edən FreeBSD 4 serverlərinə rast gəlmək mümkündür.

FreeBSD 4 varinatının əsas çatışmamazlıqlarından biri onun eyni zamanda bir neçə prosessoru pis dəstəkləməsidir.

FreeBSD 4 – əməliyyat sisteminin bir qolunun işlənib hazırlanması üzrə özünəməxsus rekorda imza atıb.Çatışmamazlıqların aradan qaldırılmasına sərf olunan 5 il nəticəsində meydana çıxan sabit bir sistem.

FreeBSD 4 varinatı üzərində iş zamanı DragonFlyBSD layihəsi əmələ gəlmişdir. Bu layihənin əsas məqsədi yüksək gərginlikli sistemlər üçün nüvənin əsaslı şəkildə mükəmməlləşdirilməsi və çox prosessorluluq üçün daha yaxşı dəstəklənmə (axın istiqamətinin dəyişdirilməsinə sərf olunan vaxtın azaldıması və s.) idi.

2003- cü ilin yanvar ayında 3 il işləmədən sonra gözlənilən 5.0-RELEASE varinatı buraxılmışdır.Bu variant çoxprosessorluğun, çoxaxınlığın hərtərəfli dəstəklənməsi, həmçinin UltraSPARC və IA-64 platformalarının dəstəklənməsini özündə cəmləşdirmişdir. FreeBSD 5 variantıda arxitektur dəyişikliklər əsasən SMP sisteminin çoxprosessorluğu dəstəkləməsinin mükəmməlləşdirilməsi üçün bloklama mexanizmində nüvənin aşağı səviyyəsində edilmiş dəyişiklikdir.Bu nüvənin böyük bir hissəsinin nəhəng bloklamadan (Giant lock) azad olmasını təmin etdi.Beləliklə nüvədə birdən artıq əməliyyatın eyni zamanda yerinə yetirilməsi mümkünləşdi. Digər vacib dəyişiklik, M:N tipli Kernel Scheduled Entities (KSE) çoxaxınlığının "doğma" dəstəklənməsinin reallaşması idi. (FreeBSD 5.3 dən – FreeBSD 7 dəki 1:1 modelinə qədər).

Digər ciddi dəyişiklik, daxil və xaric etmə tələblərinin GEOM (Poul-Henning Kamp) modul quruluş sistemini tətbiq etməklə, bloklu daxil və xaric etmə sisteminin şəkilləndirilməsidir. GEOM, güzgü (mirroring) və ya şifrlənmə kimi (modul GBDE və GELI) müxtəlif funksiyalar yaratmağa imkan yaradır. Variant 5.4 və 5.5 özünü sabit və səmərəli variantlar kimi təsdiq etmişdir.

FreeBSD 6.0 varinatı 4 noyabr 2005- ci il, 6.4 variantı isə 11 noyabr 2008-ci il tarixində buraxılmışdır.Bu variantlar da, SMP və çoxaxınlığın 802.11 genişləndirilmiş dəstəkləmə standartı ilə birgə, TrustedBSD hadisələrin qeydi təhlükəsizlik layihəsinin və şəbəkənin altsisteminin səmərəliliyinin mükəmmələşdirilməsinin davamıdır.

Bu variantın əsas üstünlüyü (VFS) virtual fayl sistemindən (Giant lock) nəhəng bloklanmanın xaric edilməsi, əlavə olaraq daha səmərəli (libthr) 1:1 modelli çoxaxınlılıq dəstəklənməsi və TrustedBSD layihəsi tərəfindən yaradılan OpenBSM – ilkin təhlükəsizlik modulunun əlavə olunmasıdır.

FreeBSD 7.0 variantı 27 fevral 2008- ci il tarixində, 7.1 variantı isə 5 yanvar 2009-cu il tarixində işıq üzü görmüşdür.Yenilənmə : SCTP – transport dərəcəli şəbəkə protokolunun təkmilləşməsi, UFS2 fayl sistemində qeydlərin aparılması, Sun şirkəti tərəfindən hazırlanmış ZFS fayl sisteminin eksperimental adaptasiya varinatı, GCC4.2 kompilyatoru, ARM platformunun baza dəstəklənməsi, yeni jemalloc yaddaş meneceri, şəbəkə ilə işləyən altsistemlərin, SMP və audio səs avadanlıqlarının mükəmməlləşdirilməsi və təkmilləşdirməsindən ibarət olmuşdur.Yeni sistem surəti ilə Linux sistemi və əvvəlki variantlardan əhəmiyyətli dərəcədə seçilirdi.

4 may 2009-cu il tarixində 7.2. varinati buraxılmışdır ki, bu varinantda da, yenilənmə, UltraSPARC III (Cheetah) və SPARC64 ailəsindən olan prosessorları dəstəkləmə, Jail virtual maşınında bir neçə IPv4 və IPv6 ünvanlarının hər bir qəfəsə təyin etmə imkanı, Superpages texnikasının reallaşması,əlavələr üçün yaddaş səhifələrinin şəffaf birləşməsi, nüvənin ünvan məkanının 64-dərəcəli prosessorlar üçün 6 GB qədər böyüdülməsi, çoxlu marşrutlaşma cədvəlllərinin və qəfəslərin dəstəklənməsi qoşulması, 32-dərəcəlik qəfəslərlə 64-dərəcəlik mühitdə iş üzrə uyğunlaşmanın təkmilləşməsi,Bluetooth Network Access Point (NAP), Group Ad-hoc Network (GN) və Personal Area Network User (PANU) profillərinin dəstəklənməsi reallaşaraq NetBSD-dan (demon) btpand çıxması, PCI-SD xost idarəetməni (card reader) dəstəkləyən yeni sdhci drayverinin əlavə edilməsi, (GPU)AMD/ATI, XGI, Intel qrafik prosessorların dəstəklənməsinin təkmilləşdiyi DRM (Direct Rendering Manager) nüvəsinin modulunun yenilənməsi, şəbəkə və disk qurğularının drayverlərinin yenilənməsindən ibarətdir.Yaxın gələcəkdə 64-dərəcəli AMD64 arxitekturası üçün NVIDIA videodrayverinin hazırlanması gözlənilir. ZFS v.13 fayl sisteminin bu qol üçün uyğunlaşması demək olar ki bitmişdir.

FreeBSD 8.0 variantının buraxılışı 25 noyabr 2009-cu il tarixində elan edilmişdir. Təkmilləşmə aşağıdakılardan ibarətdir:

  • Juniper Networks işləmələri əsasında MIPS eksperimental dəstəkləmə.
  • SMP –in demək olar ki hüdudsuz genişləndirilmə xüsusiyyəti nəticəsində, 16- nüvəli sistemlərdə fəaliyyətin tezləşməsinə əhəmiyyətli dərəcədə təsiri.
  • Virtual fayl sisteminin bloklanmasının (VFS) istifadəsinin nəticəsi kimi, sistem fayllarının genişləndirilməsi xüsusiyyəti.
  • (MAC Framework) nüvəsinin genişlənə bilən təhlükəsizlik sisteminin işi (birbaşa qutudan).
  • Daha surətli fəaliyyət göstərən və yeni qurğuları dəstəkləyən USB altsisteminin yenidən yazılışı.Həmçinin USB-target dəstəklənməsi əlavə olunmuşdur.
  • ZFS -in statusu artıq eksperemental deyil.

Bundan başqa aşağıdakıları qeyd etmək lazımdır:

  • Yeni "vimage" adlanan virtualsizasiya konteyneri reallaşmışdır. Vimage- jail(8) komandası ilə yaradıla bilən virtuallaşmış şəbəkə stekli jail-dir.
  • ipsec(4) altsistemi artıq NAT-Traversal (RFC 3948) dəstəkləyir.
  • Dəstəklənən GNOME desktop environment (x11/gnome2) və KDE desktop environment (x11/kde4) variantları 2.26.3 və 4.3.1-dək yenilənmişdir.

FreeBSD 9.0 variantının buraxılışı 12 yanvar 2012-cu il tarixində elan edilmişdir.

Hal – hazırda bu variant işlənməkdədir. Buna baxmayaraq sistemin cari (current) variantını əldə etmək mümkündür. Çıxış kodlarını əldə etmək üçün CVS, SVN istifadə etmək olar. Kompilyasiyalaşmış variantı ISO-surət kimi əldə etmək mümkündür.

İnstallyasiyanın yolları

[redaktə | mənbəni redaktə et]

FreeBSD əməliyyat sistemini bir neçə daşıyıcıdan installyasiya etmək mümkündür.

  • DVD-ROM;
  • CD-ROM;
  • USB flash;
  • Magnit Lenti;
  • FAT- sərt diskin hissəsi;
  • Uzaqdakı server (FTP və NFS protokulu ilə).

Törəmə sistemlər

[redaktə | mənbəni redaktə et]

BSD- lisenziyası qurulan proqramlar üçün FreeBSD-nin modifikasiyası və digər törəmə sistemləri yaradan zaman kommersiya sirrini saxlamağa imkan verir ki buda, sənayədə diqqət çəkir. Bununla belə FreeBSD-nin Juniper marşrutlaşdırıcılarından başqa dəqiq olaraq hansı texnikada tətbiq olunduğu naməlum qalır. Aşağıda sərbəst törəmə əməliyyat sistemləri qeyd olunmuşdur.

  • DragonFly BSD – FreeBSD 4.8- in bir qoludur 4-cü qolun ardıcıl davamı kimi yaradılıb. Özündə mikronüvəli sistemlərdə tətbiq olunana bənzər, informasiya axının işlənməsi sistemini əks etdirir.
  • FreeSBIE — LiveCD – GNU/Linux –un Knoppix adlı distribyutivinə bənzər FreeBSD.
  • Frenzy – Birinci növbədə rus dilli sistem administratorları üçün nəzərdə tutulmuş FreeBSD-nin əsasında LiveCD yaradılmasına dair bir layihə.
  • TrueBSD – FreeBSD əsasında Belarusiyanın LiveDVD ditribyutivi.
  • BSDeviant – digər LiveCD.
  • PicoBSD — FreeBSD –nin bir disketdə olan varinatı.
  • MiniBSD — FreeBSD-nin kompakt distribyutivi.
  • NanoBSD – digər FreeBSD kompakt distribyutivi.
  • Debian GNU/kFreeBSD – Debian istifadəçilər qrupu tərəfindən işlənilən GNU alətlər dəstinə əsaslanan törəmə variant.
  • Darwin — Mac OS X nüvəsi. Bir çox komandalar FreeBSD 4/5 –dən götürülmüşdür. Apple şırkəti tərəfindən işlənilir. Mach nüvəsi tətbiq edildiyinə görə FreeBSD- dən uzaq sayılır.
  • m0n0wall – FreeBSD əsaslı qurula bilən şəbəkəarası ekran.
  • pfSense – böyük funksionallığına görə seçilən m0n0wall layihəsindən bir qol.
  • FreeNAS – m0n0wall –a əsaslanmış NAS şəbəkə anbarı.
  • PC-BSD — KDE stolüstü mühitli və qrafik quraşdırıcılı distribyutiv.
  • DesktopBSD — ev istifadəsi üçün nəzərdə tutulmuş digər ditribyutiv.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]