Fedora Linux[4] — Fedora Project tərəfindən dəstəklənən və Red Hat şirkətinə məxsus, Linux nüvəsi əsasında yaradılmış, RPM əsaslı əməliyyatlar sistemidir. Əvvəllər Fedora Core kimi tanınırdı. Hər 6 aydan bir Fedoranın yeni versiyası buraxılır. Hər versiya isə 13 ay dəstklənir. Linux nüvəsinin yaradıcısı Linus Torvalds 2008-ci ildə Fedora işlətdiyini bildirmişdi. Fedoranın bir neçə buraxılışı var: Workstation, Server, CoreOS, IoT, Cloud[5] Defolt olaraq bütün buraxılışları GNOME masaüstü mühiti ilə gəlir, amma Workstation üçün KDE Plasma, Xfce, Cinnamon, Mate, LXQt, LXDE və başqa mühitlər də var.
Fedora Linux | |
---|---|
İstehsalçı | Red Hat[d], IBM |
Bazası | Red Hat Linux |
Buraxılış tarixi | 2002[1] |
Son versiya | |
Paketlər menecerləri | RPM paket idarə edici |
Dəstəklənən dillər | çoxdilli[d] |
Dəstəklənən platformalar | ARM[d], MIPS[d], x86_64[d] |
İnterfeys | GNOME (defolt), KDE Plasma, Xfce və başqaları da var |
Lisenziya | Azad lisenziya |
Veb-saytı | fedoraproject.org |
Vikianbarda əlaqəli mediafayllar |