Frensis Eduard Noel-Beyker (Tam adı: ing. Francis Edward Noel-Baker; 7 yanvar 1920[1][2], London – 25 sentyabr 2009[3][1][…][6]) — Böyük Britaniya siyasətçisi, Leyboristlər Partiyasının üzvü. Atası Filip Noel-Beyker Leyboristlər Partiyasından olan deputat və həmçinin Nobel sülh mükafatı laureatıdır.[7]
Frensis Noel-Beyker | |
---|---|
ing. Francis Noel-Baker | |
Doğum tarixi | 7 yanvar 1920[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 25 sentyabr 2009[3][1][…] (89 yaşında) |
Atası | Filip Noel-Beyker[4][5] |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Londonda anadan olan[8] Noel-Beyker Vestminster Məktəbi və Kembric Kral Kollecində təhsil almış və İkinci Dünya müharibəsində Böyük Britaniya Kəşfiyyat Korpusunda xidmət etmişdir.[9]
İlk olaraq 1945-ci il parlament seçkiləri zamanı Brentford və Çizik dairəsindən leyboristlərin nümayəndəsi kimi İcmalar palatasına seçilmişdir. O, parlamentə seçilən, Leyboristlər Partiyasının ən gənc üzvü idi. 1950-ci il parlament seçkilərində postunu itirən Frensis 1955-ci ildə Svindon dairəsindən seçilərək yenidən parlamentə qayıdır. 1969-cu ilin martında deputatlıqdan istefa verir.
Britaniyanın Avropa İqtisadi Birliyinə üzvlüyünü dəstəkləməməsinə cavab olaraq 1971-ci ildə Leyboristlər Partiyasını tərk edir. Sonralar Sosial Demokrat Partiyası, daha sonra isə Mühafizəkarlar Partiyasının üzvü olur.
1948-ci ildə Franko İspaniyasında Britaniya hökumətinin gizli agenti kimi fəaliyyət göstərir. İspaniyanın demokratiyaya keçid etməsinədək Franko İspaniyasının Avropada məğlubiyyətsiz bir vəziyyətdə qalmasına imkan verdiklərinə görə Britaniya və digər dövlətlərin hökumətləri, eləcə də dünya təşkilatlarının tənqid edilməsində Frensisin, ön sözünü Ledi Meqan Lloyd Corc M.P.-nin yazdığı "İspan xülasəsi" adlı hesabatının böyük rolu olmuşdu.
Deputat olduğu dövrlərdə Noel-Beyker parlamentdəki kənar maraqların təsirini mülayimləşdirmək üçün islahatlar aparmağı təklif edirdi. 1961-ci ildə "Parlament işləri" jurnalında xəbərdarlıq xarakterli bir məqalə nəşr edir: "Əslində, siyasi korrupsiyanın yeni bir forması üçün qapılar açıqdır. Parlament daxilində və xaricində, bilinən və ya yayımlanan gerçəklərin aşkara çıxardığından çox daha böyük ola biləcəyinə dair narahatlıq hissi vardır".[10]
2009-cu ildə Frensis 1945-ci il parlamentarilərinin Maykl Fut və Con Frimenlə birlikdə sağ qalan üç üzvündən biri idi. 1947-ci ildə Enn Sonderslə ailə həyatı quran Frensis 1956-cı ildə boşanır və 1957-ci ildə Barbara Sonanderlə evlənir. Barbara 2004-cü ildə dəri xərçəngindən həyatını itirir. İki evliliyindən dörd oğlu və bir qızı həyatdadır, bir oğlu isə Frensisdən öncə vəfat etmişdir.[7]