Freyzer adası (ing. Fraser Island və ya ing. Great Sandy Island) — Avstraliyanın şərq sahillərində yerləşən qumlu ada.
Freyzer adası | |
---|---|
ing. Fraser Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 1840 km² |
Uzunluğu |
|
Eni | 25 km |
Sahil uzunluğu | 250 ± 1 km |
Hündür nöqtəsi | 240 m |
Əhalisi | 360 nəfər (2006-cı il) |
Yerləşməsi | |
25°13′00″ c. e. 153°08′00″ ş. u.HGYO | |
Ölkə | Avstraliya |
Region | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın sahil boyunca uzunluğu təxminən 120 kilometr, eni isə 7–23 kilometrdir. Adanın sahəsi təxminən 1840 km²-dir.[1] Freyzer adası dünyada ən böyük qumlu adadır.[2] Dyunların yaşı təxminən 400 min il və daha əvvələ aiddir və bu qum təpələrinin hündürlüyü 240 metrə çatır. Adada 40-dan çox şirinsulu göl var və bunlardan ən böyüyü sahəsi 200 hektar olan Bominqen gölüdür. Adanın qərb sahilind manqrov meşələri və bataqlıqlar, şərq sahillərində isə okean boyunca təxminən 100 km uzanan ağ qumlardan ibarət çimərlik yerləşir. Adanın şimal hissəsində keçilməz rütubətli ekvatorial meşələr mövcuddur. Adanın heyvanlar aləmi olduqca maraqlıdır. Əsas canlıları şirin suda yaşayan tısbağalar və vəhşi Dinqo itidir.