Makkuori adası (ing. Macquarie) — ada Sakit okeanın cənubunda, Tasmaniya adasından 1,5 min km cənub-şərqdə yerləşir. Ada inzibati cəhətdən Avstraliyanın Tasmaniya ştatına daxildir.
Makkuori adası | |
---|---|
ing. Macquarie | |
Ümumi məlumatlar | |
Sahəsi | 128 km² |
Uzunluğu |
|
Eni | 5 km |
Hündür nöqtəsi | 420 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
54°37′ c. e. 158°51′ q. u.HGYO | |
Ölkə | Avstraliya |
Akvatoriya | |
|
|
Rəsmi adı | Macquarie Island |
Tipi | Təbii |
Kriteriya | vii, viii |
Tarixi | 1997 (21-ci sessiya) |
İstinad nöm. | 629 |
Vikianbarda əlaqəli mediafayllar |
Sualtı silsilənin səthə çıxdığı yerdə əmələ gəlimişdir. Sualtı səthi sahəsi 128 km², hündürlüyü isə 420 metr təşkil edir. Ada Avstraliyanın ən ucqar cənub nöqtəsidir. Adanın yaxınlığında Vişok-end-Klerk arxipelaqı yerləşir.
Adanın iqlmi rütubətli və küləkli olur. Orta aylıq temperatur +3,4 — +7,1 °S arasında dəyişir (orta illik +4,9 °S). İllik yağıntının miqdarı 912 mm-dir.[1]
Adada Makkuori kələmi (Stilbocarpa polaris) kimi endemik bitki növü yayılmışdır. Ada Dəniz fillərinin yerləşim yeridir. Burada Kral pinqvini (Aptenodytes patagonicus), Eynəkli pinqvin (Spheniscus demersus), Papua pinqvini (Pygoscelis papua) və Şleqeli pinqvini yayılmışdır.
Adada vaxtı ilə Makkuori atlanan tutuquşusu 1890-ci ilə qədər gözə dəysədə pişiklərin adaya gətirilməsi ilə onları daha heç kəs görməmişdir. Üstəlik adada Albatroslara rast gəlmək olar.
Adaya insan tərəfindən Dovşan və Pişik gətirilmişdir. 2002-ci ildə adaya yayılmış pişiklər tam məhv edilsələrdə dovşanların sayı 100 min baş olaraq qiymətləndirilir.
Ada 1810-ci ildə ingilislər tərəfindən aşkarlanır. Ada Yeni Cənubi Uels ştatının general-qubernatoru olan Laklan Makkuorinin şərəfinə adlandırılmışdır.
1820-ci ildə Birinci rus antarktik ekspedisiyası tərəfindən ziyarət olmuşdur.
Adanın daimi əhalisi yoxdur. Əhalisi əsasən elmi işçilərdir. Mövsümdən asılı olaraq . Qütb stansiyası fəaliyyət göstərir.
Ərazi 1978-ildə qoruq elan edilərək UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.
23 dekabr 2004-ildə adanın şimalında 8,1 bal güçündə zəlzələ baş vermişdir.