Friedrich Richard Reinitzer (27 fevral 1857[1], Praqa, Bohemiya tacı torpaqları[d][2] – 16 fevral 1927[2], Qrats[2]) — avstriyalı botanik və kimyaçı idi. 1880-ci illərin sonlarında xolesteril benzoatla təcrübə apararaq, maye kristalların xassələrini kəşf etdi (bunun adının qoyulması isə sonradan Otto Lehmann tərəfindən olmuşdur).
Fridrix Reinitser | |
---|---|
Doğum tarixi | 27 fevral 1857[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 16 fevral 1927[2] (69 yaşında) |
Vəfat yeri | |
İş yerləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Reinitzer Praqada alman bohem ailəsində anadan olub. Praqada Alman Texniki Universitetində kimya təhsili alıb; 1883-cü ildə orada xüsusi dosent kimi fəaliyyətə başlamışdır. 1888–1901-ci illərdə Karl-Ferdinands-Universiteti`nin professoru, sonra Qrazdakı texniki universitetin professoru olmuşdur. 1909–1910-cu illərdə isə universitetin rektoru vəzifəsində işləmişdir.
1888-ci ildə Karl-Ferdinands-Universitetində olarkən o, sonradan maye kristallar adlanacaq şeyin qəribə davranışını kəşf etdi. Davranışlarını izah etmək üçün Aachendən olan fizik Otto Lehmann ilə əməkdaşlıq etdi. Kəşf o zaman çox diqqət çəkmişdi, lakin praktiki istifadəsi aşkar olmamışdı və buna maraq da tezliklə azaldı.