Frizlər (qərbi friz dilində - Friezen, şərqi friz dilində - Fräisen) - qədim alman tayfası, hazırda milli azlıqlar kimi Niderlandın Frislandiya və Qroninqen əyalətlərində və Almaniyada (Aşağı Saksoniyada və Şlezviq-Qolşteyndə) yaşayan, alman dilli inqevon qrupuna daxil olan azsaylı xalq.
III əsrdən başlayaraq, xüsusilə, V əsrin ortalarında - xalqların böyük köçü zamanı friz tayfaları qonşu alman tayfaları olan anqlar, sakslar, yutlar və danlarla birlikdə Roma tərəfindən xristianlaşdırılmış kelt tayfalarından olan brittlərin, həmçinin skottların və piktlərin üstünlük təşkil etdiyi Britaniyaya köç etdilər.
Orta əsrlərdə frizlər ən hündürboylu avropalılar hesab olunurdular.
1864-cü ilədək frizlərin müasir torpaqlarının bir hissəsi Danimarkaya məxsus olmuşdur. Onların məskunlaşdıqları tarixi ərazilər Friziya adlandırılmışdır. Bu qədim xalq zəngin tarixə və xalq yaradıcılığı ənənələrinə malikdir.
Frizlərin sayı təxminən 410 min nəfərdir (1992-ci il). Friz dilləri qrupu Hind-Avropa dil ailəsinə aid olan alman dil qrupuna aiddir. Friz dili ənənəvi olaraq qərbi friz, şimali friz və şərqi friz dillərinə bölünür.
Dini etiqadlarına əsasən frizlərin əksəriyyəti kalvinistlər və lüteranlardır, onların arasında katolik dininə ediqad edənlər də vardır.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |