Herullar

Herullar (lat. Heruli) — germanəsilli tayfa.

Tato hakimiyyətinin əsas hadisəsi lanqobardlarla herullar arasında baş vermiş müharibə idi. 490-cı ildə lanqobardlar artıq xristian idilər və digər qonşu xalqlar kimi herulların hakimiyyəti altında idilər. 494-cü ildə lanqobardlarla herullar arasında müharibə başverdi. Nəticə etibarı ilə herullar məğlub oldular, Herul kralı Rodulf kömək üçün İtaliyaya – onu oğulluğa götürən (silah üzrə oğlu) ostqotların kralı Teodorixin yanına qaçdı, ondan kömək alaraq yenidən öz mülkiyyətinə qayıtdı. Lakin bu müharibədən sonra lanqobardlar herullara vergi verməyi dayandırdılar. Bundan sonra lanqobardlar Feld (sahə) adlandırdıqları Norik düzənliyinə köçdülər. Bu zaman ərzində onlar sülh şəraitində yaşayırdılar. 508-ci ildə yenidən müharibə başlandı. Müharibəyə səbəb isə ittifaq bağlamaq üçün lanqobardlara gələn kral Rodulfun qardaşı Rumetrudın əmri ilə kral Tatonun qızının öldürülməsi idi.

Herulların qoşunu lanqobardlara nisbətən çoxsaylı və bacarıqlı idi. Lanqobardlar bir neçə dəfə elçilər göndərərək münaqişəni sülh yolu ilə həll etməyə çalışsalar da, buna müvəffəq olmadılar. Lakin buna baxmayaraq müharibə Blaxfeldə baş tutdu və döyüş nəticəsində lanqobardlar herullara dağıdıcı zərbə vurdu, kral Rodulf öldürüldü. Bu məğlubiyyətdən sonra herullar 3 hissəyə parçalandılar və vahid krallığa sahib ola bilmədilər. Lanqobardlar isə yerli xalqları öz əsarəti altına aldılar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]