Yutlar — Eramızın əvvəllərində, sonralar onların şərəfinə adlandırılmış Yutlandiya (Latın dilində: Cimbria, Iutia, Iutlandia) yarımadasında məskunlaşmış qədim alman tayfası.[1].b'
Eramızın V əsrində Yutlandiya yarımadası danlar tərəfindən işğal edildikdən sonra yutların bir hissəsi qədim Danimarka xalqları ilə qaynayıb qarışdılar, bir hissəsi anqlar və frizlərlə birlikdə Britaniyaya köç etdilər və Kentdə, Xempşirin cənubunda və Vayt adasında məskunlaşdılar.
Yutlar IX əsrdə xristianlığı qəbul etmişlər. Yutlar qədim ingilis dilinə də böyük töhfələr vermişlər, onlar ingilis dilinin kent dialektində danışırlar.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |