Fuad Məsim oğlu Şıxıyev - texnika elmləri doktoru, professor, Odessa Milli Dənizçilik Universitetinin hidrotexnika fakültəsinin yaradıcılarından biri. Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir, Ağdaş şəhərində anadan olub.
Fuad Şıxıyev | |
---|---|
Fuad Məsim oğlu Şıxıyev | |
Doğum tarixi | |
Doğum yeri | Ağdaş, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Məsim Şıxıyev |
Elmi dərəcələri | Ali, texnika elmləri doktoru |
Elmi adı | Professor |
Təhsili | Leninqrad Su Nəqliyyatı İnstitutu |
Fuad Şıxıyev 1913-cü ildə Ağdaş şəhərində dünyaya gəlmişdir. Əslən Qazax rayonunun Salahlı kəndindəndir. Atası Məsim Şeyxzadə 1901-ci ildə Qori seminariyasını bitirmiş, sonra Peterburq Tibb İnstitutunda təhsilini davam etdirmişdir. İnstitutu qurtardıqdan sonra Azərbaycanda malyariya xəstəliyinə qarşı mübarizədə iştirak etmiş, 55 il insanların sağlamlığı keşiyində durmuşdur.
F. Şıxıyev 1920-ci ildə birinci sinfə qədəm qoymuş, orta məktəbi bitirdikdən sonra Leninqrad Su Nəqliyyatı İnstitutuna qəbul olmuşdur.
F. Şıxıyev texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün 1952-ci ildə müvəffəqiyyətlə dissertasiya müdafiə etmişdir. Texnika probleminə həsr olunan doktorluq dissertasiyasının yazıb qurtarır və onu 1963-cü ildə Leninqradda müvəffəqiyyətlə müdafiə edir.
F Şıxıyev 1977-ci ildə vəfat etmişdir. F. Şıxıyev Məqsud Şeyxzadənin qardaşıdır.
F. Şıxıyev Leninqrad Su Nəqliyyatı İnstitutunda təhsilini başa vurduqdan sonra SSRİ-nin müxtəlif şəhərlərində çalışmışdır.O, Leninqrad limanına baş mühəndis təyin edilmiş, Bakıda, Mahacqalada, Odessada işləmişdir. Böyük Vətən müharibəsi dövründə Taqanroqda dəniz donanması tikintisi idarələrinin birində baş mühəndis olmuşdur.
Texnika elmləri doktoru alimlik dərəcəsini aldıqdan sonra F. Şıxıyev yenidən Odessaya, instituta qayıdır. Orada prorektor vəzifəsində çalışır. Elə həmin il o, Odessa institutunda su yolları və dəniz limanları kafedrasının müdiri vəzifəsinə seçilir.
Texnika elmləri doktoru, professor F. Şıxıyevin rəhbərliyi altında 7 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. O, Ali Attestasiya Komissiyasının üzvü olmuşdur. Onun 7 monoqrafiyası, 102 elmi əsəri çapdan çıxmışdır.
"Dəniz limanları və liman qurğuları" adlı kitabın müəllifidir. Həmçinin Çexoslavakiyada, Almaniyada, ABŞ-də, Belçikada, İngiltərədə və başqa xarici ölkələrdə əsərləri çap olunur.[1]