Əliyev Fuad Yusif oğlu — kimya elmləri doktoru, akademik, AMEA-nın Gəncə bölməsinin sədri[1], AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (akademik) (2014)[2].
Fuad Əliyev | |
---|---|
Fuad Yusif oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Elmi adı | Akademik |
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi |
Mükafatları |
Fuad Yusif oğlu Əliyev 1 fevral 1950-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
1972-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirdikdən sonra zabit rütbəsində ordu sıralarında xidmət etmiş, 1974-cü ildən AMEA Aşqarlar Kimyası İnstitutunda laborant, mühəndis vəzifələrində çalışmış,
1976-cı ildə aspiranturaya daxil olmuş, 1981-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vuraraq kimya elmləri namizədi elmi dərəcəsini almışdır. Elə həmin ildə də Rəyasət Heyətinin qərarı ilə Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.
F.Əliyevin bilavasitə çalışdığı sahə yeni kükürd-üzvi birləşmələrinin sintezi və onlardan aşqarlar kimi istifadə etməklə müxtəlif xassələrə malik sürtkü yağlarının alınmasında istifadə olunmasıdır. Müxtəlif quruluşa malik birləşmələrin sintez olunmasında məqsəd onların quruluşunda və tərkibində olan funksional qrupların, hetroatomların yeni alınmış maddələrin xassələrinə təsirinin, bunların isə öz növbəsində sürtkü yağlarının keyfiyyətinə göstərə biləcəyi xassələrinin öyrənilməsidir.
Sintez olunmuş birləşmələr əsasında hazırlanmış sürtkü kompozisiyaları korroziyaya, siyrilməyə və yeyilməyə qarşı yüksək davamlılığa malikdirlər. Sintez edilmiş birləşmələrin tərkibində müxtəlif funksional qruplarla, hetroatomlarla yanaşı, kükürd atomunun da iştirak etməsi bu birləşmələrin bir çox dərman preparatlarının tərkibinə daxil olmasına səbəb olmuşdur. Bununla da sintez edilmiş maddələrin bir çoxunun antimikrob xassəyə malik olması müəyyən edilmişdir.
1983-cü ildən Gəncə Regional Elmi Mərkəzinin sədridir.
F.Əliyev 1992-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini almış, 2007-ci ildə isə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü (akademik) seçilmişdir.
84 elmi əsər, 16 elmi ixtira, 5 monoqrafiyanın müəllifidir.
AMEA-nın Gəncədə dərc olunan "Xəbərlər" məcmuəsinin baş redaktorudur.
Alim 1996-cı ildən Gəncə şəhər Ziyalılar Cəmiyyətinin sədri, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədr müavinidir.
F.Əliyev 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Tərəqqi" medalına, 2006-cı ildə "Əməkdar elm xadimi" adına layiq görülmüşdür.2020-ci ildə Azərbaycanda elmin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.[3]