Zeynalov Fuad Elxan oğlu - kikboksinq üzrə Dünya və Avropa çempionu, Azərbaycan Respublikasının "əməkdar idman ustası", Azərbaycan Türkiyə qardaşlıq ödül gecəsində "ilin idmançı"sı.[1]
Fuad Zeynalov | |
---|---|
Fuad Elxan oğlu Zeynalov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti |
Kikboksçu Məşqçi |
Fəaliyyət illəri | 2000-ci ildən bu günədək |
1983-cü il 15 avqust tarixində Bakı şəhərində anadan olub.
2010-ci ildə Moldovanın paytaxtı Kişinyovda Avropa çempionatının k-1 low kik üzrə qələbə qazanıb.
1990–2000-ci illərdə Bakı şəhəri Xətai rayonu 63 saylı orta məktəbi oxuyub. 2001–2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alır.
2006–2007-ci illərdə özü könüllü olaraq zabit kimi döyüş bölgəsində xidmət edib. Xidmət illərində o zamankı Azərbaycanın müdafiə naziri Səfər Əbiyev, korpus komandiri, hərbi hissəsinin komandirləri tərəfindən təltif edilib.[1]
İdmanın müxtəlif növləri ilə məşğul olub. 15 yaşında 1-ci dan qara kəməri alıb. Dəfələrlə respublika və beynəlxalq yarışların qalibi olub. 2000-ci ildən kikboksinq idman növü ilə məşğul olmağa başlayıb.[1]
2015-ci ildə Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov tərəfindən "əməkdar məşqçi" adına və 2106-ci ildə Azərbaycan Respublikasının "əməkdar idman ustası" adına layiq görülmüşdür.
2018-ci ildə Azərbaycan Türkiyə qardaşlıq ödül gecəsində "ilin idmançı"sı adını almışdır.
2010-ci ildə Moldovanın paytaxtı Kişinyovda Avropa çempionatının k-1 low kik üzrə qələbə qazanıb. Hal-hazırda Sərhədçi İdman Olimpiya Mərkəzində kikboksinq üzrə baş məşqçi vəzifəsində çalışır.[2]
Azərbaycan Sərhəd Qoşunlarının mayorudur.(Polkovnik-leytenant vəzifəsinə təyin edilib)[3]