Bu məqaləni vikiləşdirmək lazımdır. |
Səfər Axundbala oğlu Əbiyev (27 yanvar 1950, Bakı) — Azərbaycan Respublikasının sabiq müdafiə naziri (1995–2013), general-polkovnik.
Səfər Əbiyev | |
---|---|
6 fevral 1995 – 22 oktyabr 2013 | |
Əvvəlki | Məmmədrəfi Məmmədov |
Sonrakı | Zakir Həsənov |
17 iyun 1993 – 20 avqust 1993 | |
Əvvəlki | Dadaş Rzayev |
Sonrakı | Vahid Musayev (səlahiyyətlərin icraçısı) |
17 iyun 1993 – 2 noyabr 1993 | |
Əvvəlki | Nurəddin Sadıqov |
Sonrakı | Nəcməddin Sadıkov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 yanvar 1950 (74 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Qoşun növü | Azərbaycan Silahlı Qüvvələri |
Rütbəsi |
General-polkovnik |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Səfər Əbiyev 1950-ci ilin 27 yanvarında Bakı şəhərində azərbaycanlı ailəsində anadan olub[1] (bəzi iddialara görə ləzgi[2][3] əsilli ailəsi əslən Qubadandır).[4]
1971-ci ildə Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1982-ci ildə Moskvada M. Frunze adına Hərbi Akademiyanı bitirmişdir. 1971–1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində tabor komandiri, alay qərargahının rəisi, alay komandiri, briqada komandiri və diviziya komandiri vəzifələrində işləmişdir. 1992-ci ilin fevralın 17-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir. 1992–1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah Rəisi-Müdafiə Nazirinin birinci müavini, Müdafiə Naziri vəzifəsinin icraçısı, Müdafiə Nazirinin müavini vəzifələrində çalışmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Müdafiə Naziri təyin olunub. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.[5]
Ailəlidir, 2 övladı var.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |