Gestapo

Nasional sosializm
Əsas anlayışlar
İdeologiya
Tarix
Şəxslər
Təşkilatlar
Nasist partiyası və hərəkatı
Yaxın anlayışlar

Faşizm

Faşizmin simvolu sayılan fassiyalı qartal motivi
Faşizmin simvolu sayılan fassiyalı qartal motivi

Gestapo — Almaniya nasistlərinin yaratdıqları dövlət gizli polisi.

Gestapo adı Alman Dövlət Gizli Polisi mənasına gələn "Geheime Staatspolizei" nin qısaldılmış şəklidir. Təşkilat 1933-1936-cı illərdə SS-lərin (Qara Köynəklər) lideri olan Henrix Himmlerin rəhbərliyinə keçdi. Lakin Gestapo hissələri arasındakı daxili anlaşılmazlıqlar təşkilatın Dövlət Mərkəzi Təhlükəsizlik Dairəsi adı altında birləşdirilməsi ilə aradan qalxdı.

Bu gizli polis təşkilata üçün xüsusi və fərqlənmiş şəxslər cəlb olundu. Təşkilat uniforma baxımından polis birliklərindən fərqlənirdi. İlk adı Geheime Polizei Amt. yəni GPA idi. Daha sonralar, dəyişərək Gestapo adını almışdır (açılışı — Die Geheime Staatpolizei).

İkinci dünya müharibəsi əsnasında təxminən 45.000 üzvü var idi, ofislərinə Gestapo Leitstellen deyilirdi. Günümüzdəki kəşfiyyat təşkilatları üçün nümunə təşkil edir. Gestapo II Dünya Müharibəsi ərəfəsində əhəmiyyətli komandir və generalların mühafizəsini boynuna götürmüşlər. Gestapo ayrıca döyüş əsnasında Almaniyada olan müttəfiq casuslarını yox etmək üçün də istifadə edilirdi.

Gestapo 1936-1945-ci illər arasında Henrix Himler tərəfindən idarə edilmiş və icraatı ilə dəhşət saçmışdı. Siyasi müxaliflərin və Yəhudilər kimi istənməyən millətlərin təqibi və toplanması üzərində tam səlahiyyəti vardı.

Gestapoda Himmlerdən sonra gələn ikinci adam olan Reynhard Heydrix Çexoslovakiyada büyük bir əzmlə işləyirdi. Çekoslovakiyada iqtisadi vəziyyətin yaxşı olması ilə bağlı Heydrix üstü açıq avtomobillə cangüdənsiz hərəkət edə bilirdi. Bunu fürsət bilən Çex Partizanların süiqəsdi nəticəsində ağır yaralanır ve 4 iyunda vəfat edir. Bu bacarıqlı komandirinin öldürülməsinə qəzəblənən Himmler intiqam məqsədiylə 3000 Yəhudini toplama düşərgələrinə aparır. Ayrıca bununla kifayətlənməyib Praqa şimal-qərbindəki kiçik bir kənd olan Lidiceni xəritədən silir. Bir çox dövlətlər Almaniyaya üz çevirməyə başlamışdı və əldə olunan bütün torpaqlar bir-bir itirilirdi. Döyüşün son anına qədər böyük bir əzmlə çalışan Gestapo Henrix Himmlerin intihar etməsi və Adolf Hitlerin aradan itməsi ilə tarixdəki yerini tutdu.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]