1982 FİFA Dünya Kuboku — iyunun 13-dən iyulun 11-nə gədər İspaniyada baş tutan sayca 12-ci futbol üzrə FİFA Dünya Çempionatı. 11 iyul 1982-ci ildə Santyaqo Bernabeu stadionunda keçirilən final matçında Qərbi Almaniyanı 3-1 hesabı ilə məğlub edən İtaliya 3-cü dəfə çempion olub və bu qələbə ilə o vaxta qədər 3 dəfə ilə ən çox kuboku qazanan Braziliyaya çatmışdı. İlk dövrədə qrupdakı bütün görüşləri heç-heçə ilə başa vuran İtaliya 1 əlavə qolla növbəti mərhələyə adlaya bildi. Turnirin bombardiri Paolo Rossi ilk turda 3, ikinci turda isə ilk oyununda qol vura bilməyib. Turnirdə komandaların sayı 24-ə yüksəldiyi halda, 4 komanda 6 qrupda mübarizə aparıb. Qruplardan vəsiqə qazanan ilk iki komanda daha sonra üç komandadan ibarət dörd qrupda liqa üslubunda oynadı və liderlər yarımfinala yüksəldi.
1982 FİFA Dünya Kuboku | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | |
Tarix | 1982 |
Başlama tarixi | 13 iyun 1982 |
Bitmə tarixi | 11 iyul 1982 |
Komanda sayı | 24 |
Yekun nəticəsi | |
Çempion | İtaliya (3-cü dəfə) |
İkinci | Qərbi Almaniya |
Üçüncü yer | Polşa |
Dördüncü yer | Fransa |
Yarış statistikası | |
Oyun sayı | 52 |
Qol sayı |
146 (hər matç üçün 2.81) |
Tamaşaçı sayı |
2.109.723 (hər matç üçün 40.572) |
Mükafat sahibləri | |
Bombardir(lər) |
Paolo Rossi (6 qol) |
Ən yaxşı oyunçu | Paolo Rossi |
← 1978 1986 → | |
Vikianbarda əlaqəli mediafayllar |
1-ci qrupda Kamerun hər üç görüşü heç-heçə başa vurmasına baxmayaraq, İtaliyadan daha az qol vurduğu üçün kubokla vidalaşıb. Kamerun əvvəlcə Peru, sonra isə Polşa ilə qolsuz heç-heçə oynayıb. Qrupun son oyununda güclü İtaliya ilə 1–1 hesablı heç-heçə edən Kamerun 1 qol vura bilmədiyi üçün növbəti tura yüksələ bilməyib.
Kubokun digər Afrika ölkəsi Əlcəzair 2-ci qrupdakı ilk oyununda Qərbi Almaniyanı 2:1 hesabı ilə məğlub edib. Çilini də məğlub edən Əlcəzair, danışılan oyunlarda Qərbi Almaniya Avstriyanı 1:0 hesabı ilə məğlub etdikdən sonra mübarizədən kənarda qaldı. Çünki Qərbi Almaniya və Avstriyanın birlikdə çıxa bilməsi üçün 1-0 hesablı qalibiyyət kifayət edirdi və həmçinin hər iki komanda matçda çox istəksiz oynamışdı. İki komanda ilə eyni xala sahib olan Əlcəzair top fərqi ilə kubokla vidalaşıb. Əlcəzair, Qərbi Almaniya–Avstriya matçında danışılmış oyunlarla bağlı etiraz etsə də, cəhdi uğursuz alınıb.
3-cü Qrupda uzun müddətdən sonra ilk dəfə kuboka iddialı olan Macarıstan El Salvadoru 10-1 hesabı ilə məğlub edərək Dünya Kuboku rekordunu yeniləyib. Lakin Argentinaya uduzan və Belçika ilə heç-heçə edən macarlar 1 xal fərqlə qrup üçüncüsü olub və qrup matçlarında turnirlə vidalaşıb.
4-cü qrupun ilk oyununda Çexoslovakiya ilə heç-heçə edən Küveyt sürpriz etsə də, qalan 2 görüşdə məğlub olaraq qrup matçlarında mübarizədən kənarlaşdırılıb. Fransa və İngiltərə bu qrupdan çıxarkən İngiltərə yaxşı start götürərək qrupdakı 3 oyunun hamısında qalib gəlmişdi. İyunun 21-də keçirilən Fransa–Küveyt matçında futbol tarixində bir ilk yaşanıb. Fransa 3–1 öndə olarkən küveytli futbolçular fit səsinə görə dayansalar da, fransız futbolçu Alen Giresse oyunu davam etdirərək hesabı 4–1 edib. Küveytli futbolçular bu fitin hakimdən gəlmədiyini anlayan kimi Küveyt Futbol Federasiyasının prezidenti Şeyx Fahid Əl Əhməd Əl Sabah verilən haqsız qol səbəbindən futbolçulara meydandan çəkilmələrini əmr edib. Şeyx də meydana enib, matçın sovet hakimi Miroslav Stuparla danışıb və qolu ləğv edib. Bununla belə, 89-cu dəqiqədə Maksim Bossisin qolu ilə matç yenə də 4–1 başa çatıb.
5-ci qrupda Şimali İrlandiya Yuqoslaviya ilə ilk oyununda qolsuz heç-heçə edib. Şimali irlandiyalı Norman Vaytsayd bu matçda oynayanda cəmi 17 yaş 42 günlük idi və bu sahədə Pelenin rekordunu qıraraq Dünya Kuboku tarixinin ən gənc futbolçusu oldu. Hondurasla da heç-heçə edən Şimali İrlandiya qrupun son oyununda İspaniyaya qalib gələrək onunla birlikdə növbəti mərhələyə vəsiqə qazanıb.
6-cı qrupda turnirə ilk dəfə qatılan Yeni Zelandiya 3 oyunda 2 qol vuraraq, öz qapısından 12 top keçirərək ölkəsinə xalsız qayıdıb. Qrupda keçirdiyi 3 görüşün hamısında qalib gələn və lider kimi çıxış edən Braziliya ilə eyni xala malik olan Sovet İttifaqı Şotlandiyadan 2 top fərq ilə adını növbəti tura yazdırdı.
A qrupunda son kuboklarda uğurlu nəticələri ilə diqqət çəkən Polşa, Boniek, Kupcewicz, Smolarek və Lato kimi ulduzları ilə kuboka damğasını vurmaq istəyib və Belçikanı 3-0 məğlub edərək, Sovet İttifaqı ilə də heç-heçə olmasına baxmayaraq yarımfinala yüksəlib. 3 matçdan 2-si qolsuz başa çatan B qrupunda Qərbi Almaniya İspaniyanı 2:1 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. İngiltərə isə bu ikinci turda qrupunda hər iki matçda nə qol vura, nə də buraxa bildi. C qrupunda yer alan İtaliya əvvəlcə Argentinanı, sonra isə Braziliyanı məğlub edərək yarımfinalda Polşanın rəqibi olub. Danışıqlara görə cəzalandırılan Paolo Rossi Braziliya ilə oyunda het-trik edib. D qrupunda Fransa hər iki görüşdə qalib gələrək yarımfinalda Qərbi Almaniyanın rəqibi olub.
Yarımfinalın ilk oyununda İtaliya Polşanı mübarizədən kənarlaşdıraraq, Paolo Rossinin 22 və 73-cü dəqiqələrdə vurduğu 2 qolla finala yüksəlib. Belə ki, ilk 4 qarşılaşmada səssiz qalan Rossi 2 matçda 5 qol vurmaqla diqqət çəkib. Digər, daha çətin keçən yarımfinalda Qərbi Almaniya ilk hissədə önə keçsə də, Fransa penalti qolu ilə ilk yarını 1-1 hesabı ilə başa vurdu. Matçın 60-cı dəqiqəsində almaniyalı qapıçı Şumaxer cəmi 10 dəqiqə əvvəl oyuna daxil olan Batistona çox sərt müdaxilə edərək onu oyundan kənarlaşdırıb. Şumaxerin bu hərəkəti hakim tərəfindən heç bir şəkildə cəzalandırılmadıqda bu, futbol tarixinin ən şokedici faullarından biri kimi yadda qaldı.[1] Əlavə vaxta gedən matçda Fransa Tresor və Giressenin vurduğu 2 qol ilə hesabı 3-1 etdi və ilk dəfə finala çıxmağa hazırlaşarkən Qərbi Almaniya təslim olmadıqlarını nümayiş etdirdi. 102-ci dəqiqədə əks-hücumdan fərqlənən Rummenigge, 108-ci dəqiqədə Fişer izlədi və ümumilikdə 2 qolla cavab verən Qərbi Almaniya, 3-3 bitən matçı penaltilərə çıxararaq finala yüksəlib.
1. Torba | 2. Torba | 3. Torba | 4. Torba |
---|---|---|---|
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Polşa | 3 | 1 | 2 | 0 | 5 | 1 | +4 | 4 | 2-ci qrup mərhələsinə |
2 | İtaliya | 3 | 0 | 3 | 0 | 2 | 2 | 0 | 3 | |
3 | Kamerun | 3 | 0 | 3 | 0 | 1 | 1 | 0 | 3 | |
4 | Peru | 3 | 0 | 2 | 1 | 2 | 6 | −4 | 2 |
14 iyun 1982 17:15 (MAYS) |
|
Estadio de Balaidos Tamaşaçı: 33.000 Hakim: Miçel Vautrot (Fransa) |
15 iyun 1982 17:15 (MAYS) |
|
Estadio de Riazor Tamaşaçı: 11.000 Hakim: Franz Vöhrer (Avstriya) |
18 iyun 1982 17:15 (MAYS) |
|
Estadio de Balaidos Tamaşaçı: 25.000 Hakim: Ualter Esçveiler (Qərbi Almaniya) |
19 iyun 1982 17:15 (MAYS) |
|
Estadio de Riazor Tamaşaçı: 19.000 Hakim: Aleksis Ponnet (Belçika) |
22 iyun 1982 17:15 (MAYS) |
|
Estadio de Riazor Tamaşaçı: 25.000 Hakim: Mario Rubio Vazquez (Meksika) |
23 iyun 1982 17:15 (MAYS) |
|
Estadio de Balaidos Tamaşaçı: 20.000 Hakim: Boqdan Dotçev (Bolqarıstan) |
1982 FIFA Dünya Kuboku çempionu |
---|
İtaliya 3-cü dəfə |
Qızıl ayaqqabı | Qızıl top | FİFA idman mükafatı |
---|---|---|
Paolo Rossi | Paolo Rossi | Braziliya |
|
|
|
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | İtaliya | 7 | 4 | 3 | 0 | 12 | 6 | +6 | 11 | Çempion |
2 | Qərbi Almaniya | 7 | 3 | 2 | 2 | 12 | 10 | +2 | 8 | İkinci |
3 | Polşa | 7 | 3 | 3 | 1 | 11 | 5 | +6 | 9 | Üçüncü |
4 | Fransa | 7 | 3 | 2 | 2 | 16 | 12 | +4 | 8 | Dördüncü |
5 | Braziliya | 5 | 4 | 0 | 1 | 15 | 6 | +9 | 8 | 2-ci qrup mərhələsində mübarizədən kənarlaşdırılıb |
6 | İngiltərə | 5 | 3 | 2 | 0 | 6 | 1 | +5 | 8 | |
7 | SSRİ | 5 | 2 | 2 | 1 | 7 | 4 | +3 | 6 | |
8 | Avstriya | 5 | 2 | 1 | 2 | 5 | 4 | +1 | 5 | |
9 | Şimali İrlandiya | 5 | 1 | 3 | 1 | 5 | 7 | −2 | 5 | |
10 | Belçika | 5 | 2 | 1 | 2 | 3 | 5 | −2 | 5 | |
11 | Argentina | 5 | 2 | 0 | 3 | 8 | 7 | +1 | 4 | |
12 | İspaniya | 5 | 1 | 2 | 2 | 4 | 5 | −1 | 4 | |
13 | Əlcəzair | 3 | 2 | 0 | 1 | 5 | 5 | 0 | 4 | 1-ci qrup mərhələsində mübarizədən kənarlaşdırılıb |
14 | Macarıstan | 3 | 1 | 1 | 1 | 12 | 6 | +6 | 3 | |
15 | Şotlandiya | 3 | 1 | 1 | 1 | 8 | 8 | 0 | 3 | |
16 | Yuqoslaviya | 3 | 1 | 1 | 1 | 2 | 2 | 0 | 3 | |
17 | Kamerun | 3 | 0 | 3 | 0 | 1 | 1 | 0 | 3 | |
18 | Honduras | 3 | 0 | 2 | 1 | 2 | 3 | −1 | 2 | |
19 | Çexoslovakiya | 3 | 0 | 2 | 1 | 2 | 4 | −2 | 2 | |
20 | Peru | 3 | 0 | 2 | 1 | 2 | 6 | −4 | 2 | |
21 | Küveyt | 3 | 0 | 1 | 2 | 2 | 6 | −4 | 1 | |
22 | Çili | 3 | 0 | 0 | 3 | 3 | 8 | −5 | 0 | |
23 | Yeni Zelandiya | 3 | 0 | 0 | 3 | 2 | 12 | −10 | 0 | |
24 | Salvador | 3 | 0 | 0 | 3 | 1 | 13 | −12 | 0 |