Future US (əvvəllər Imagine Media və The Future Network USA) — Birləşmiş Krallığın "Future plc" korporasiyasının ABŞ bölməsi. Bu nəşriyyat videooyunlar, musiqi və yüksək texnologiyalar sahəsində ixtisaslaşdırılmış müxtəlif jurnallar nəşr edir.
Future US | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | özəl şirkət[d] |
Sənaye | nəşriyyat işi |
Təsis tarixi | 1985 |
Baş qərargahın yeri | |
futureus.com | |
Vikianbarda əlaqəli mediafayllar |
2010-cu ilin iyun ayında Future US, əsas istehlakçı elektronikası və əlaqəli pərakəndə satış şəbəkəsi "Best Buy" ilə müqavilə ilə yeni paylama variantlarını araşdırmağa davam etmişdir. Müqaviləyə əsasən, "Future US" əməkdaşları "@Gamer" jurnalının nəşrinə nəzarət edəcək, "Best Buy" tərəfindən işə götürülən işçilər isə onun satışa çıxarılmasına cavabdeh olacaqlar. Jurnalın bütün "Best Buy" mağazalarında satışı planlaşdırılırdı.[1]
2011-ci ilin iyun ayında şirkət həm bu bölməni, həm də onun digər adlarını gücləndirmək üçün videooyun bölməsini yenidən təşkil etmiş, bəzi mövcud resursları birləşdirmişdir. İstehlak məhsullarının reklamı üzrə direktor Riç MakKarti və departamentin vitse-prezidenti Keyt Birn də daxil olmaqla bir sıra əməkdaş işindən azad edilmiş, bir sıra ümumi kompüter jurnalları fəaliyyəti dayandırılmışdır.[2]
Buna baxmayaraq, dəyişikliklər bununla bitməmiş və iyul ayında şirkətin bazar strategiyasında dəyişiklik ediləcəyi elan edilmişdir. "Future US" nəşriyyatının gələcək prezidenti Con Markomun sözlərinə görə, çap satışları azalmağa davam etdikcə çap məhsullarının təşviqi strategiyasına yenidən baxılmış, rəqəmsal məhsullara artan diqqətin olmuşdur.[3][4]