PlayStation: The Official Magazine (abr. PTOM), 2007-ci ilə qədər PlayStation Magazine (abr. PSM) — "Future plc" tərəfindən nəşr edilmiş keçmiş ABŞ videooyun jurnalı. Jurnal hər il 13 nömrə nəşr edirdi. "PlayStation" üzrə ixtisaslaşmış jurnalın ilk nömrəsi 1997-ci ilin sentyabr ayında, sonuncu nömrəsi isə 25 dekabr 2012-ci ildə nəşr edilmişdir.[1][2][3] "Future plc" tərəfindən nəşr edilən başqa "PlayStation" jurnalı – "PSM3".[4]
PlayStation: The Official Magazine | |
---|---|
| |
Baş redaktor | Rocer Börçill |
Növ | Videooyun |
Dövrilik | İldə 13 dəfə |
Təsis tarixi | 1997 |
İlk buraxılışı | sentyabr 1997 | )
Nəşrini dayandırıb | 25 dekabr 2012 |
Şirkət | Future plc / Future US |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
ISSN | 1940-0721 |
playstationthemagazine.com |
Rəsmi jurnala çevrilməzdən əvvəl "PSM" "Sony PlayStation" platforması üzrə ixtisaslaşmış müstəqil bir videooyun jurnalı idi.
Jurnalın ilk nömrəsi 1997-ci ilin sentyabr ayında nəşr edilmişdir, üzlüyündə isə "Final Fantasy VII" videooyununun şəkli var idi. Nəşr edildiyi dövrdə digər "PlayStation" mövzulu jurnallardan daha çox nüsxə satmışdır.
2007-ci ildə "PSM" onillik ildönümünü qeyd etmişdir. Bu dövrdə jurnal bir neçə dəfə yenidən dizayn edilmişdir.[5]
"Official U.S. PlayStation Magazine" jurnalı fəaliyyətini dayandırdıqdan sonra "Sony Computer Entertainment" 1 oktyabr 2007-ci ildə "PSM" jurnalının adını dəyişdirərək "PlayStation: The Official Magazine" olacağını açıqlamışdır.[6]
"PSM" adı altında nəşr edilən son nömrə dekabr 2007-ci il tarixli idi. Jurnalın "PlayStation: The Official Magazine" adı altındakı ilk nömrəsi 2007-ci ilin milad bayramında nəşr edilmişdir. Növbəti il jurnal əsas redaktorlarını itirmişdi. Bu isə "PTOM"u keçmiş "PSM" jurnalından tamamilə fərqli bir jurnala çevirmişdir.[7]
"Future plc" tərəfindən nəşr edilən digər videooyun jurnalların yaşadığı eyni problemlərlə üzləşən "PTOM" 15 illik fəaliyyətindən sonra 25 dekabr 2012-ci il tarixində son nömrəsini nəşr etmiş və fəaliyyətinə son qoymuşdur.[1][2][3]
İlkin dövrlərdə "PSM" jurnalının anime mövzulu bir talismanı var idi. Banzay Çibi-Çan (ing. Banzai Chibi-Chan) adlı bu personaj Robert De-Xesus tərəfindən yaradılmışdı. O, jurnalın ilk nömrələrində tez-tez görünürdü. Talisman daha sonra ləğv edilmişdir. Buna səbəb personajın çox uşaqlara özəl hesab edilməsi idi.[8] Banzay Çibi-Çandan sonra jurnalda göz sarğısı geyən bir smaylikdən istifadə olunurdu, ancaq bu fiqur da daha sonralar ləğv edilmişdir.[9] Jurnalın üzlüyündə "PlayStation" platforması üçün satışa çıxarılmış videooyunlardan personajların reklam-xarakterli şəkilləri olurdu. Digər simvollara "PlayStation" yaddaş kartı və oyunlar haqda məsləhət vərəqləri daxildir. Jurnal "PTOM" adı altında 2008-ci ilin iyul ayından 2009-cu ilin iyun ayına qədər nəşr etdiyi nömrələrində "Qore" onlayn jurnalı üçün nəzərdə tutulmuş kodlar olurdu. "Qore" onlayn jurnalının reklam-xarakterli ödənişsiz nömrələri ödənişli nömrələrindəki bəzi xüsusiyyətləri daşımırdı.