"GamesTM" ("games TM" kimi üslublaşdırılmışdır) — Birləşmiş Krallıq çoxformatlı videooyun jurnalı. Jurnalın məzmun konsol, portativ, kompüter və arkada oyunlarını əhatə edirdi. "GamesTM"in birinci nömrəsi 2002-ci ilin dekabrında işıq üzü görmüş və jurnal 1 noyabr 2018-ci il tarixində fəaliyyətini dayandırmışdır.
GamesTM | |
---|---|
Təsis tarixi | 2002 |
Ölkə | |
Dil | ingilis dili[1], alman dili |
ISSN | 1478-5889 |
gamesradar.com/author/ga… |
2006-cı ilin yanvarında jurnalın naşiri "Highbury Entertainment" 27 milyon funt sterlinq borcla idarəyə getdikdən sonra jurnalın gələcəyi qeyri-müəyyən olmuşdur. Jurnalın 40-cı sayı heç bir nüsxə satmamış, 41-ci nömrə 26 yanvar 2006-cı ildə çıxmalı olsa da, mağazalarda görünməmişdir. Jurnalın internet saytı bağlanmış, lakin bir neçə gün sonra yenidən istifadəyə verilmişdir.
20 yanvar 2006-cı ildə "Imagine Publishing" 23 digər "Highbury" nəşro ilə birlikdə "GamesTM "i satın aldığını açıqlamışdır.[2][3]
2010-cu ilin sentyabr ayında "GamesTM" jurnalın bütün zamanların ən yaxşı 100 oyunundan birini təmsil edən, hər biri 400-dən çox olmayan 100 müxtəlif üz qabığını buraxaraq 100-cü buraxılışını qeyd etmişdir[4]
"GamesTM" 2016-cı ildə "Imagine Publishing" portfeli ilə birlikdə "Future Publishing" tərəfindən satın alınmışdır. "Future" jurnalının "artıq gəlirli olmadığını" bildirmiş, onun fəaliyyətinin dayandırılacağını açıqlamışdır. Jurnalın axırıncı nömrəsi 2018-ci ilin noyabrında nəşr olunmuşdur.[5]