Gödək minarəli məscid — XIX əsrə aid tarix-memarlıq abidəsi. Azərbaycanın Şəki şəhərində Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir.
Gödək minarəli məscid | |
---|---|
41°12′13″ şm. e. 47°11′18″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şəki |
Yerləşir | Şəki şəhəri, Sarıtorpaq küç., 18 |
Aidiyyatı | Yuxarı-Baş Dövlət Tarix-Memarlıq Qoruğu |
Sifarişçi |
Hacı Abdurrahman bəy Hacı Sədrəddin bəy |
Tikilmə tarixi | 1811 |
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace | |
Tipi | Mədəni |
Kriteriya | ii, v |
Təyin edilib | 2019 |
İstinad nöm. | 1549 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 4980 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Gödək minarəli məscid də Ümumdünya İrsinə daxildir.
Gödək minarəli məscid Şəki şəhərinin Sarı Torpaq məhəlləsində yerləşir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun tərkibində olan ibadət evi hicri-qəməri təqvimi ilə 1226-cı ildə (miladi 1811)[1] Hacı Abdurrahman bəy və Hacı Sədrəddin bəy tərəfindən tikdirilib[2]. Məscidin inşa tarixini giriş qapısının üstündə olan kitabədən təyin etmək mümkündür[3].
Kitabənin üzərində ərəb dilində yazılıb[3]:
Yer üzündə hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbin zatı baqidir (Rəhman surəsi 26-27). O kişilər ki, nə ticarət nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan yayındırmır (Nur surəsi 37). Bu məscid ki, təqva üzərinə təsis olunmuşdur, şəriətin hökmlərini icra etmək üçün mübarək məscid, kərəmli, şərəfli bölgənin hacısı Hacı Sədrəddin bəy və Abdurrahman bəy tərəfindən cəmadiyəl-əvvəl 1226 ildə inşa olunmuşdur. Allah onlara rəhmət eləsin. |
Məscid daşdan və kərpicdən inşa edilib, iki otağdan və bir dəhlizdən ibarətdir. Məscidin tavanı şəbəkədəndir. 2021–2022-ci illərdə bərpa olunan Şəki Xan məscidinin tavanından əsər əlamət qalmadığına və eləcə də tavanının fotosu olmadığına görə bərpaçılar, məscidə yeni tavanı Gödək minarə məscidi və Şəki Xan Sarayının tavanında olan şəbəkənin əsasında yığıblar[4]. Məscidin bir minarəsi var. Onun daxilindəki pilləkənlər dağıldığına görə yuxarıya qalxmaq mümkün deyil[2].
Həyətində üç qəbir var[2]. Deyilənə görə, bu qəbirlərdən biri hicri-qəməri tarixi ilə 1254-cü ildə (1838-ci il) vəfat edən Hacı Sədrəddin bəyə aiddir[3].
Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi[5].
İşğaldan sonra məscidin binasında uşaq bağçası yerləşib[3].
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[6]
2001-ci ildən Şəki şəhərinin tarixi hissəi UNESCO-nun Ümumdünya İrsi siyahısına namizəd seçilib. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib[7]. Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub[8]. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Gödək minarəli məscid də Ümumdünya İrsinə daxildir.