Yuxarı Baş — Azərbaycanın Şəki şəhərinin yuxarı[1][2] (hündür[3]) tarixi[2] hissəsində tarix-memarlıq qoruğu. Bura Şəki şəhərinin ən qədim hissəsidir.[3] Qoruğun ərazisi 283 hektardır, direktoru isə Təranə Abdullayevadır.[4]
Qoruq ərazisinə Şəki xan sarayının da yerləşdiyi Nuxa qalası və karvansarayların və müxtəlif sənət növlərinə aid dükanların yerləşdiyi əsas alış-veriş küçəsi daxildir.[1] Alış-veriş küçəsinin ətrafında hələ də öz qədim adlarını daşıyan məhəllələr yerləşir: Gileyli, Qırıçı, Qullar, Duluzlar, Aqvanlar, Otaq eşiyi, Sarı torpaq və s.[3][5] Qoruq ərazisində həmçinin Şəkixanovların evi, məscidlər və hamamlar yerləşir.[6]
Tədqiqatçılar fikirləşirdilər ki, Nuxa qədim Şəki şəhəridir. Ancaq tarixi mənbələrin analizinə və sahə araşdırmalarına əsaslanaraq müəyyən edilib ki, Nuxa və Şəki ayr-ayrı yaşayış məntəqələridir. Şəki şəhəri Kiş dərəsindən bir az aşağıda yerləşirdi. 1772-ci il Kiş çayının daşqınına görə şəhər dağılır. Şəhərin sakinləri çaydan 100 metr yuxarıda yerləşən Nuxa şəhərinə köçürlər.[7] Nəticədə Nuxa şəhəri inkişaf edir və genişlənir. Burada qala inşa edilir.[8]
Бретаницкий Л. С., Веймарн Б. В. Искусство Азербайджана IV–XVIII веков / Редактор И. А. Шкирич. — Москва: Искусство, 1976. — 272 с.
Бретаницкий Л., Датиев С., Мамиконов Л., Мотис Д. Нуха (Азербайджан) / Под общей редакцией акад. В. А. Веснина и проф. Д. Е. Аркина. — М.: Издательство Академии архитектуры СССР, 1948.
Город Нуха. Дом Шекихановых // Азербайджан (Исторические и достопримечательные места) / Под общей редакцией М. А. Казиева.. — Б.: Издательство АН Азербайджанской ССР, 1960.
Мамед-заде К. М. Строительное искусство Азербайджана (с древнейших времён до XIX века) / Научный редактор aкадемик АН Азерб. ССР А. В. Саламзаде. — Баку: Элм, 1983.
Саламзаде А. В., Авалов Э. В. и Салаев Р. Д. Проблемы сохранения и реконструкции исторических городов Азербайджана / Под ред М. А. Усейнова. — Б.: Элм, 1979. — 138 с.
Саламзаде А. Р., Мамед-заде К. М. Архитектурные памятники Шеки / Под ред. М. А. Усейнова. — Б.: Элм, 1987. — 140 с.
Саламзаде А. Р., Исмаилов А. И., Мамед-заде К. М. Шеки. Историко-архитектурный очерк / Под ред. М. А. Усейнова. — Б.: Элм, 1988. — 237 с.
Ханларов Т. А. Архитектура Советского Азербайджана. — М.: Стройиздат, 1972. — 112 с.
Эфендизаде Р. М. Архитектура Советского Азербайджана. — М.: Стройиздат, 1986. — 316 с.