Kolayır — Azərbaycan Respublikasının Ağstafa rayonunun Düzqışlaq kənd inzibati ərazi dairəsində kənd.[1]
Kənd | |
Kolayır | |
---|---|
41°10′03″ şm. e. 45°22′17″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağstafa rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 327 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Kolayır Ağstafa rayonunun Düzqışlaq i.ə.v.-də kənd. Gəncə- Qazax düzənliyindədir. Kəndin adı yerli əhalinin dilində Koləir kimi tələffüz edilir. Bəzi tədqiqatçıların ehtimalına görə, oykonim qismən təhrifə uğramış, əslində Kolayir olmalıdır. Oykonimin tərkibindəki kol sözü "xırda meşə, meşəlik" mənasındadır. Kəndin adı "meşə yeri, meşəli yer" kimi izah edilir. Toponimi tayfa adı ilə əlaqələndirənlər də var. Lakin türk dillərində kolayi sözü işlənir ki, bu da "əlverişli, rahat" mənalarını ifadə edir. Kəndin Düzqışlaq adlı i.ə.v.-in tərkibində olması da ərazinin hamar, rahat bir yer olduğunu bildirir. Azərb. dilinin dialektlərində "hamar, çıxıntısı olmayan" mənasında kola (buynuzsuz keçi) sözü işlənir. Odur ki, oykonimi "hamar, düz, əlverişli yer" kimi izah etmək daha məqsədəuyğundur; 2. Bərdə rayonunun eyniadlı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi vaxtilə Qazax mahalındakı Kolayır kəndindən gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır; 3. Samux rayonunun eyniadlı i.ə.v.- də kənd. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi Qazax mahalındakı Kolayır kəndindən gəlmiş ailələr tərəfindən salınmışdır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti.[2]
Ağstafa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
[[Kateqoriya: