Saloğlu — Azərbaycan Respublikasının Ağstafa rayonunun Saloğlu qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Saloğlu qəsəbəsi Köçvəlili kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Saloğlu kənd Soveti yaradılmışdır.[2]
Saloğlu | |
---|---|
41°17′08″ şm. e. 45°21′59″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 249 m |
Saat qurşağı | |
Kəndin ərazisində keçmiş Sovet hərbi bazaları yerləşib. 1991-ci ildə Sovet ordusu bu regionu tərk edən zaman dağıdılmış və nəticədə böyük bir ərazi partlamamış hərbi sursatlarla çirklənib. ANAMA təşkilatının həyata keçirdiyi layihə nəticəsində kəndin ərazisi 2011-ci ildə minalardan tam olaraq təmizlənib. Beş ildən artıq bir dövrdə həyata keçirilən Saloğlu layihəsi çərçivəsində 5 683 769 kv.m yerüstü və eyni qədər yeraltı təmizləmə əməliyyatları həyata keçirilib. 640 mindən artıq sursat tapılıb, təhlükəsiz qaydada zərərsizləşdirilib.[3]
Ağstafa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |