Göytürk pulu

Göytürk puluOrta Asiyada aparılan qazıntılar zamanı çıxarılan və Göytürk xaqanlığında istifadə edilmiş pul. Üzərində soqdca yazılar yazılmışdır.[1][2]

Haqqında[redaktə | mənbəni redaktə et]

Arxeoloqlar tərəfindən Qırğızıstan, ÖzbəkistanTacikistanda edilən qazıntılarda ortaya çıxarılan və 576-600-cü illərə aid, ümumilikdə sayı 104 ədəd olan metal pul Qırğızıstanda edilən beynəlxalq konqresdən dönən Dr. Yavuz Daloğlu tərəfindən ilk dəfə “Elm və Ütopiya” jurnalında ictimaiyyətə elan edilmişdir.[3] Sikkələrdən birincə ortada xaqan qabartması, kənarlarda isə üç ay-ulduz vardır.[4] Pullardakı ay-ulduz motivləri Dr. Yavuz Daloğluna görə, ay-ulduz simvolunun İslamdan əvvəlki dövrlərdə də türklər tərəfindən istifadə edildiyini sübut etmişdir.[5]

Daloğlu bu sikkənin türk mədəniyyəti baxımından çox böyük əhəmiyyətə malik olduğunu bildirmiş və sözləri demişdi:

" Göytürklərdən sonra VIII əsrdə Türkeşlərə aid pullar tapılmışdı. Ancaq Göytürklərə aid pullar onlardan 150-200 il daha əvvələ - 576-600-cü illərə aid. Ən önəmlisi, bu sikkələrin türk cəmiyyətinə dayatılan "türklər barbardı, türklərin sivilizasiyası yox iid, köçəri idilər" kimi Avropa mərkəzli qavramı çürütməsidir. Göytürk sikkələrinin tapılması Orxon abidələrinin tapılması qədər önəmlidir. Bundan əlavə, ay-ulduzun bizə İslamda Səmavi anlayışdan miras qaldığını bilirdik. Ancaq yeni tapılan Göytürk pullarında da ay-ulduzlu fiqurlar var. "

[5]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Gaybullah Babayar. Göktürk Kağanlığı Sikkeleri Kataloğu (The Catalogue of the coins of Turkic Qaghanate). TİKA. 2007. səh. 91. ISBN 978-975-19-4060-5.
  2. Fahri Atasoy. İpek Yolu’nda Türk Kültür Mirası. Türk Yurdu Yayınları. 2014. səh. 449.
  3. "Türkologiya" (PDF). elibrary.az. 2021-01-25 tarixində arxivləşdirilib (PDF).
  4. Aydın Əlizadə. "Aypara və Ulduz simvolu". alizadeh.narod.ru. 20 iyun 2020. 2020-06-22 tarixində arxivləşdirilib.
  5. 1 2 "1500 yıllık ay-yıldızlı TL". 22 dekabr 2015 tarixində arxivləşdirilib.