Göytürk vətəndaş müharibəsi - Taspar xaqanın ölümündən sonra baş vermiş hakimiyyət uğrunda daxili savaş idi.
Göytürk vətəndaş müharibəsi | |||
---|---|---|---|
Tarix | 580-ci illər | ||
Yeri | Mərkəzi Asiya | ||
Səbəbi | Hakimiyyət uğrunda mübarizə | ||
Nəticəsi | Sülh | ||
Ərazi dəyişikliyi | Şərqi Göytürk xaqanlığı və Qərbi Göytürk xaqanlığı yaradıldı | ||
Münaqişə tərəfləri | |||
|
|||
|
Taspar xaqan ölümündən öncə Muğan xaqanın oğlu Apa xaqanı vəsiyyət etsə də onun belə bir hüququ olmadığı üçün Qurultay buna qarşı çıxdı və Amrak xaqanı seçdi.
Apa xaqanın taxta çıxmasını İstəmi xaqanın oğlu Tardu, Amrak xaqanı isə İşbara dəstəkləyirdi.
İşbara xaqan Ötükəndə qərarlaşmışdı.Tardu Qərb zonasında hakimiyyətdə idi. Amrak xaqan indiki Ulan Bator ətrafında, Apa isə daha şimalda idi.
Apa İşbaraya qarşı Bumın xaqanın qardaşları Tardu və Tamqanın simasında müttəfiq tapdı.İşbara xaqan bu gücə qarşı gələ bilməyəcəyini bildiyi üçün Suy imperiyası ilə ittifaq bağladı. 584-cü ildə İşbaranın orduları Apanın çadırlarına basqın etdi və onun anası da daxil olmaqla bir çox adamı öldürdü. Apa məğlubiyyətdən sonra Tardunun dəstəyini itirdi və Buxaraya çəkildi. 587-ci ildə isə İşbara və Apa ikisi də öldü. Dövlət iki yerə bölündü.