Taspar xaqan (572-581) — Aşina sülaləsindən Göytürk xaqanı.
Taspar xaqan | |
---|---|
佗缽可汗/佗钵可汗 | |
572 – 581 | |
Əvvəlki | Muğan xaqan |
Sonrakı | Göytürk vətəndaş müharibəsi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | V əsr |
Vəfat tarixi | |
Vəfat yeri | |
Atası | Bumın xaqan |
Həyat yoldaşı | Kiancin |
Uşağı | Amrak xaqan |
Dini | Buddizm |
Bumın xaqanın üçüncü oğlu idi. Atasından fərqli olaraq Şimal Ki imperiyası ilə yaxşı münasibətdə idi.Onların təsiri ilə Buddist oldu və Şimal Çjou sülaləsinə qarşı hücumları çoxaltdı. Bir çox buddist mətni Türk dilinə tərcümə edildi. 577-ci ildə son Ki imperatoru Qao Şaoyi-yə siyasi sığınacaq vermişdi. 579-cu ildə Şimal Çjou ilə sülh bağlamaq istəsə də, imperator Hsüanın iki şərti vardı - öz əmisiqızı Kiancin ilə evlənəcək və Qao Şaoyini təslim edəcəkdi. Taspar xaqan bu təklifdən imtina etdi. 580-ci ildə imperator Hsüanın yerinə keçən imperator Cinq şahzadə Kiancini onunla evləndirməyə qərar verdi. Həmçinin xaqana rüşvət verərək Qao Şaoyini təslim etdi. O, hər iki imperatora oğlum deyə xitab edib onlardan yüksəkdə durduğunu göstərirdi.[1]
Taspar xaqan 581-ci ildə öldükdən sonra xaqanlığa kimin keçəcəyi mübahisəsinə görə Göytürk vətəndaş müharibəsi başladı.Belə ki, Taspar xaqan taxtı Muğan xaqanın oğlu Apa xaqana tapşırmışdı.Lakin adət-ənənəyə görə taxt-tac Qara İssıq xaqanın oğlu İşbara xaqanın olmalı idi.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |